Accessibility links

Vaşinqtonda “Orta Asiyada sabitsizlik” mövzusunda konfrans keçirilib


Vaşinqtonda “Orta Asiyada sabitsizlik” mövzusunda konfrans keçirilib

Vaşinqtonda “Orta Asiyada sabitsizlik” mövzusunda konfrans keçirilib

Qırğızıstanda parlament seçkiləri ərəfəsində paytaxt Vaşinqtonda “Orta Asiyada sabitsizlik” mövzusunda konfrans keçirilib

Qırğızıstanda parlament seçkiləri ərəfəsində paytaxt Vaşinqtonda “Orta Asiyada sabitsizlik” mövzusunda konfrans keçirilib. Amerikalı mütəxəssislər sabitsizliyə yol açan amillər, müəmmalar və bölgənin gələcəyini təhlil edib. Amerika Orta Asiyaya həmişə təhlükəsizlik nöqteyi-nəzərindən yanaşıb. Burada bir necə səbəb irəli sürülür. Sovet İttifaqının süqutundan sonra regionda təhlükəsizliyə hədələr, 2001-ci il 11 sentyabr terror aksiyaları, ABŞ-ın Əfqanıstanda Talibana qarşı mübarizəsindən sonra hərbi bazalara ehtiyac, ABŞ və NATO-nun Özbəkistan və Qırğızıstanda hərbi bazalar açması. Əfqanıstan dünyada birinci tiryək istehsalçısıdır. Orta Asiya respublakaları isə əsas tranzit rolu oynayır. Bundan başqa Qırğızıstanda qanlı dövlət çevrilişi baş verib. Bu respublikada etnik zorakıqlar baş qaldırıb. Qonşu Tacikistanda isə yaraqlıların həbsxanadan qacıb, hərbçilər atəşə tutulub. Tacikistanda vəziyyət hələ də nəzarət altına alınmayıb. Vaşinqtonda keçirilən tədbirdə regionda dini ekstremizm, mütəşəkkil cinayətkarlıq, ictimai və iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik kimi məsələr gündəmə gətirilib, lakin əsas diqqət Qırğızıstana yönəlib.

Corc Meyson Universitetinin bu yaxınlarda Qırğızıstana səfər edən siyasi elmlər üzrə professoru Erik Maklinçi vəziyyətlə yaxından tanış olduğunu söyləyib. Professor aprel hadisələri nəticəsində müvəqqti hökumətin parlamenti buraxmasını yanlışlıq kimi qiymətləndirib. Dövlət idarəçiliyi sisteminə böyük zərbə vurulduğunu önə çəkən alim deyib ki, cənubdakı etnik zorakılqıların qarşısını almaq üçün mexaninizm işləməyib.

Oktyabr seçkiləri bitməyincə, qanunvericilərin Qırğızıstanın cənub bölgələrində vəziyyəti normallaşdırması üçün heç bir ruhlandırıcı amil görmürəm. Ümid edirəm ki, seçkilərdən sonra baş verənlərə görə məsuliyyət daşıyanlar ortaya çıxarılacaq.

Corc Vaşington universitetinin Orta Asiyanı yaxından tanıyan Dövlət Təhlükəsizliyi Siyasəti institiutunun əməkdaşı Daniel Kimmicin fikrincə, regionda təhlükəsizliyin bərqərar edilməsində yalnız hökumət deyil, dünya ictimaiyyəti və Amerikanın rolu böyük olmalıdır. “Hadisələrdən sonra yerli qəzetlər zorakılqıların etnik zəmində baş verdiyi yazırdı. Məlum olmuşdu ki, vəziyyətə nəzarət edən olmayıb.

Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Tomas Sandersonun fikrincə, Orta Asiyada İslam dininə maraq artıb.Hökumətin kəskin münasibəti ekstremizmi gücləndirib və bərabərlik zəmini itirilib.”Mən problemi islamda deyil, hökumətdə görürəm. Burada siyasi İslam və extremist qruplar kimi elementlər mövcuddur.Hökumət bu qrupları problem kimi şişirir. Məncə problem məhz bundadır.

Təhlilçi burada əsasən Özbəkistan və Tacikistanı nəzərdə tutur.

Corc Meyson Universitetinin əməkdaşı Karen Sanders iqtisadi və ictimai amillərin də hesaba alınmalı olduğunu vurğulayıb.“Tacikistanda ailə strukturlarında dəyişikliklər baş verir. Evlənmə hallarında əsaslı eniş müşahidə edilir.1991-ci ildən bəri evliliklərdə 60 faiz azalma var. İnsanlar əsasən dini nikahlara üz tutur. Qadınların cəmiyyətdə rolu zəifləyir. Qanuni nihakı olmayan qadınlar boşanma hüququna da malik olmur. Bu isə onları ərlərindən tam asılı edir. Tacikistanda etibarsız sayılan belə evliliklərdən doğulan uşaqların da heç bir qanuni hüququ olmur.

“Orta Asiyada sabitsizlik” mövzusunda keçirilən konfransın iştirakçıları regionda, xüsusilə də Qırğızıstanda mütəşəkkil cinayətkarlıqların da vəziyyətə təsirindən danışıb.

XS
SM
MD
LG