Accessibility links

Vaşinqtonda Putinin hakimiyyəti dövrü Rusiyadakı problemlərdən danışılıb


Vaşinqtonda Putinin hakimiyyəti dövrü Rusiyadakı problemlərdən danışılıb

Vaşinqtonda Putinin hakimiyyəti dövrü Rusiyadakı problemlərdən danışılıb

Henri Heylin sözlərinə görə, Vladimir Putin isə 1999-cu ildə populyarlaşmağa başladı. O zaman elitalar arasında bölünmə başlamışdı.

“Rusiyanın avtoritarizmə yaxın özünə məxsus idarə üslubu var.” Bu sözləri Ponars Avrasiya İnstitutunun Corc Vaşinqton Universitetində keçirdiyi tədbirdə universitetin politologiya üzrə professoru Henri Heyl bildirib. Elliott Beynəlxalq Əlaqələr məktəbində keçirilən mərasim Henri Heyl və İvan Kurillanın birgə müəllifi olduğu “Rusiya 2000-ci illərdə: Stereoskopik baxış” kitabının təqdimatına həsr edilib.

Kitabın yalnız rus dilində nəşr edildiyini dilə gətirən cənab Heyl Rusiyanın Çin, Özbəkistan və digər avtoritar rejimlərdən bir qədər fərqli xarakterizə edib. Onun sözlərinə görə, Rusiya rejimində SSRİ sistemindən qalmış cizgilər var. O, bunları əsas 3 hissəyə bölür. Professorun fikrincə ilk məsələ regional siyasi mexanizmlərin, rəhbərliklərin formalaşmasıdır.

Daha sonra o, ikinci faktor kimi oliqarxlararası geniş əlaqələri göstərib. Henri Heyl 1990-ci illərdən ölkədə geniş özəlləşdirmə başladığını, bununla da, ölkə iqtisadiyyatının oliqarxların əlində cəmləşdiyini bildirdi. Onun sözlərinə görə, üçüncü məsələ isə prezidentliklə bağlıdır: “1990-cı illərin əvvəllərində müstəqil Rusiyanın prezident olsa da, ölkədə ali orqan deputatlardan ibarət Konqres idi. Buna 1993-cü ildə Boris Yeltsinin Referendumdan sonra güclü prezidentlik strukturu qurması ilə son qoyuldu”.

Henri Heylin sözlərinə görə, Vladimir Putin isə 1999-cu ildə populyarlaşmağa başladı. O zaman elitalar arasında bölünmə başlamışdı. "Putin bu bölünmənin qarşısını almaqla və Çeçenistanda qoşun yerləşdirməklə populyarlaşdı. Elitaları nəzarəti əldə saxlamaq və dövlətçiliyi gücləndirmək üçün onlar vahid partiyanın yaradılmasının mühüm olduğunu anladırlar və “Birlik” blokunu yaratdılar" - deyə o bildirdi.

Putin-Medvedev idarəçiliyindən də söhbət açan professorun sözlərinə görə, Rusiyada prezidentinin qərarlarına qarşı öz mövqeyini ortaya qoyacaq yeganə vəzifə baş nazirlikdi. Ona görə də, Putin özünü baş nazir etməklə, həm bu şansa malik olmaq, həm də onun siyasətindən kənara çıxanları cəzalandırmaq üçün əlindən imkanın olduğunu göstərmək istədi.

Henri Heylin sözlərinə görə, faktiki olaraq Medvedevin prezidentliyi dövrü davam edən proses göstərdi ki, Putin və Medvedev birlikdə işləməyi bacardılar.

Volqoqrad Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Regionşunaslıq departamentinin rəhbəri İvan Kurilla isə Rusiyada cəmiyyətlə dövlət arasında vəhdətdən söhbət açıb. Onun sözlərinə görə, 1999-cu ilədək ölkədə dövlət nəzarəti o qədər də gözə dəymirdi. Çoxsaylı QHT-lər fəaliyyət göstərir, mafiyalar baş alıb gedirdi. Ancaq Vladimir Putini hakimiyyətə gəlməsi ilə mafiyaların gücünün zəiflədiyini dilə gətirən professor Rusiyada önəmli QHT-lərin də fəaliyyətinin dayandırıldığını bildirdi: “Dünyanın ən məşhur QHT-lərindən olan Corc Soros Fondunun fəaliyyəti dayandırıldı və müvəqqəti olaraq onu Mixail Xodorkovskinin Açıq Cəmiyyət Fondu əvəzlədi. Bu fondun bağlanması ilə isə demək olar ki, bütün QHT-lərə nəzarət əldə olundu”.

Onun sözlərinə görə, hətta siyasi fəaliyyətlə məşğul olmayan və heç bir fərqli fikirlilik daşımayan QHT-lərində fəaliyyətinə son qoyuldu.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG