Accessibility links

Vaşinqtonda Qlobal Təhlükəsizlik Sammiti keçiriləcək


Qlobal Təhlükəsizlik Sammiti - "Terrorçuların nüvə materiallarını ələ keçirməsinin qarşısını necə alaq?"

Qlobal Təhlükəsizlik Sammiti - "Terrorçuların nüvə materiallarını ələ keçirməsinin qarşısını necə alaq?"

Vaşinqtonda aprelin 12-də keçiriləcək iki günlük sammitdə 40-dan çox dövlət və hökumət başçılarının toplaşması gözlənilir. Presendenti olmayan görüş nüvə materiallarını terrorçulardan necə qorumaq məsələsinə həsr olunacaq.

Qlobal Təhlükəsizlik Sammitinin əsəs gündəmi nüvə ehtiyatlarının terrorçulardan necə qorunması olacaq. Prezident Barak Obama bu fikri keçən il Praqadakı çıxışı zamanı açıqlamışdı: “Mən qarşıdakı 4 il ərzində əhəmiyyətli nüvə materiallarının qorunması üçün yeni beynəlxalq səylərin başladıldığını bəyan edirəm. Biz yeni standartlar yaradacaq, Rusiya ilə əməkdaşlığımızı genişləndirəcək və belə həssas metiralların bağlanması üçün tərəfdaşlığı davam etdirəcəyik”.

Konfransın əsas müzakirə mövzusu Əl-Qaidə kimi qruplar və onların bombalar üçün nüvə materiallarını əldə etməsini qarşısını necə almaq olacaq.Connect US Fondunun nüvə təhlükəsizliyi üzrə eksperti Aleksandra Toma deyir ki, təhlükə realdır: “Bu, bu gün həm Amerikanın və həm də bütün dünyanın təhlükəsizliyinə ən böyük hədədir. Yanvar ayında komissiyalar bir araya gəlib Əl-Qaidənin 1990-ci ildən nüvə silahı əldə etməyə çalışdığını və bu işi fəal şəkildə davam etdirdiyini deyib”.

Konfransda nüvə materiallarının qorunmasının təkmilləşməsi və beynəlxalq əməkdaşlığın artırılması gözlənilir. Ancaq ekspertlər deyir ki, heç kəs nüvə ehtiyatlarının nə qədər olduğunu bilmir, çünki bəzi ölkələr öz nüvə fəaliyyətləri barədə məlumat vermir.

Ken Luonqo Qlobal Təhlükəsizlik üçün Tərəfdaşlıq araşdırma təşkilatının rəhbəridir. “Xüsusilə soyuq müharibə dövrü ABŞ və Rusiya bunu hərbi məqsədlərlə istehsal edib. Onlar nə bir-birilərinə, nə də beynəlxalq rəsmilərə bunun həxmi barədə məlumat verməyib. Hazırda Pakistan və Hindistan bu barədə məlumatlarını gozli saxlayır. İsrailində fəaliyyətləri barədə yetərli məlumat yoxdur və s.”- deyə Luonqo bildirir.

Luonqo deyir ki, heç də bütün ölkələr terrorçuların nüvə silahı əldə etmək üçün nüvə materiallarını ələ keçirdiyinə inanmır: “Bir çox ölkələr nüvə terrorizminin başlıca ciddi məsələ olmasına məhəl qoymur. Bu məni məəttəl qoyub, amma bu realdır. ABŞ və onun başlıca müttəfiqləri arasında bu barədə böyük fikir ayrılığı var”.

Analitiklər deyir ki, konfransın əsas məqsədi iştirakçıları belə bir təhlükənin mövcudluğu barədə razı salmaqdır.

Vaşinqtonda Qlobal Təhlükəsizlik Sammiti keçiriləcək

Vaşinqtonda Qlobal Təhlükəsizlik Sammiti keçiriləcək



Qeyd edək ki, bu yaxınlarda prezident Barak Obama və onun rusiyalı həmkarı Dmitri Medvedyev uzun-mənzilli nüvə silahlarını azaldan yeni saziş barədə razılıq əldə edib. Ekspertlərin fikrincə bu addımın nüvə terrorizmi barədə konfransın nəticəsinə müsbət təsiri olacaq.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG