Accessibility links

Vaşinqtonda Respublika gününün 93-cü ildönümü konsert proqramı ilə qeyd edilib (VİDEO)


Vaşinqtonda Respublika gününün 93-cü ildönümü konsert proqramı ilə qeyd edilib (VİDEO)

Vaşinqtonda Respublika gününün 93-cü ildönümü konsert proqramı ilə qeyd edilib (VİDEO)

Konsert-ziyafət mərasimində may ayının 28-nin ABŞ-ın paytaxtı Vaşinqtonda “Azərbaycanın milli bayram günü” elan edilməsi barədə Vaşinqton şəhərinin meri Vinsent Qreyin bəyanatı səsləndirilib

May ayının 19-da ABŞ paytaxtı Vaşinqtonun Ronald Reyqan Mərkəzində 28 may Respublika günü ilə bağlı konsert-ziyafət mərasimi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, Amerikadakı xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri, ABŞ rəsmiləri və sadə amerikalılar iştirak edib. Tədbirin rəsmi hissəsində çıxış adən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev mərasimin Respublika günü ilə yanaşı, Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 88-ci doğum günü və Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edildiyini bildirdi. Daha sonra o, xarici qonaqlara Azərbaycanın tarixi nailiyyətləri barədə qısa məlumat verdi:

- 1918-ci il may ayının 28-də Milli Şura Azərbaycanın müstəqillik bəyannaməsini qəbul edib. O zaman Azərbaycan Demokratik Cümhuriyyəti dünyanın demokratik ölkələrindən birinə çevrildi. Təəssüf ki, bu müstəqillik cəmi 23 ay davam etdi.

Daha sonra may ayının 28-nin ABŞ-ın paytaxtı Vaşinqtonda “Azərbaycanın milli bayram günü” elan edilməsi barədə Vaşinqton şəhərinin meri Vinsent Qreyin bəyanatı səsləndirilib. Cənab Qreyin köməkçisi Cintiya Brok-Smit Bayram bəyannaməsini auditoriyaya oxayaraq sənədin orijinalını səfir Yaşar Əliyevə təqdim edib.

Vaşinqtonda Respublika gününün 93-cü ildönümü konsert proqramı ilə qeyd edilib (VİDEO)

Vaşinqtonda Respublika gününün 93-cü ildönümü konsert proqramı ilə qeyd edilib (VİDEO)

Bundan sonra isə tədbirin bədii hissəsinə start verilib.

Əvvəlcə səhnəyə çıxan Azərbaycan Dövlət Rəqs Ansablının kollektivi milli rəqslər ifa ediblər.

“Emil Əfrasiyab və dostları” etno-caz qrupu isə xalq mahnılarından “Laçın”, “Dağların başı qışda qar olar”ı, ritmik muğam şəklində isə “Qarabağ şikəstəsini” ifa ediblər.

Emil Əfrasiyabın milli musiqilərlə sintez olunmuş caz ifaları da tamaşaçıların marağına səbəb olub.

Konsertdən sonra tamaşaçıların bəziləri mərasim barədə fikirlərini Amerikanın səsinə bildiriblər.

Cəlal Haqverdiyev:

- Belə konsert proqramlarının və tədbirlərin keçirilməsi Azərbaycanın tanıdılması üçün çoox böyük əhəmiyyət kəsb edir. Belə tədbirlərin keçirilməsi ənənə halını almalıdır.

Beymi Məhərrəmova:

- Proqram çox gözəl və zəngin idi. Azərbaycanın milli musiqiləri ilə yanaşı, həm də müasir caz elementləri ilə zəngin idi.

Mədəniyyət və Turizm Nazirliyində Aparat rəhbəri Firudin Qurbanov isə belə konsert proqramlarının Vaşinqtonla yanaşı, Los Anceles, San Fransisko və digər şəhərlərdə də təşkil edildiyini bildirib: “Amerika tamaşaçılar bizim incəsənət ustalarının çıxışlarını böyük maraqla qarşıladıllar. Səfərimizin əsas məqsədi Azərbaycan mədəniyyətini Amerika Birləşmiş Ştatlarında təbliğ etməkdir. Çünki məhz mədəniyyət və incəsənətlə, mədəni irslə Azərbaycanı tanıtmaq olar. Hesab edirəm ki, biz buna nail olduq”.

Bu yaxınlarda Azərbaycanda olan və ölkədə tikilməkdə olan yüksək mərtəbəli binalar və digər böyük layihələr haqqında Discovery Science kanalında müəliifi olduğu Build It Bigger (Daha böyüyünü tik) proqramı üçün repotaj hazırlayan Danni Forster də mərasimdə iştirak edib. O, Bakıda olsa da, Azərbaycanın mədəniyyəti ilə tanış olmaq üçün imkan tapmadığını bildirib. Amerikanın səsinə danışan Forster bu mərasimə də məhz bu səbəbdən qatıldığını bildirib: “Mən çoxsaylı ölkəyə səfər edirəm. Ancaq mən orada mədəniyyətləri dada bilmirəm. Eləcə də mən Azərbaycan və Bakı, muğam haqda çox düşünürdüm. Bu barədə eşitmişdim, amma ona qulaq asmağa imkanım olmamışdı. Bu gün muğama qulaq asdım. Bu, möhtəşəm musiqi növü imiş”.

Konsert proqramından sonra mərasim ziyafətlə başa çatıb.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG