Accessibility links

Vaşinqtonda Xəzər enerjisi və geosiyasətinə dair diskussiya keçirildi

  • Cəmilə Aydın

Vaşinqtonda Xəzər enerjisi və geosiyasətinə dair diskussiya keçirildi

Vaşinqtonda Xəzər enerjisi və geosiyasətinə dair diskussiya keçirildi

Corc Vaşinqton Universitetində azərbaycanlı və digər əcnəbi tələbələrin yaratdığı Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzi universitetin Beynəlxalq Münasibətlər şöbəsinin dəstəyi ilə “Xəzər dənizi enerjisinin geosiyasəti: perspektivlər və maneələr” mövzusunda tədbir keçirdi.

Corc Vaşinqton Universitetində azərbaycanlı və digər əcnəbi tələbələrin yaratdığı Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzi universitetin Beynəlxalq Münasibətlər şöbəsinin dəstəyi ilə “Xəzər dənizi enerjisinin geosiyasəti: perspektivlər və maneələr” mövzusunda tədbir keçirdi.

Tədbirin aparıcı natiqi Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və Corc Vaşinqton Universitetinin professoru Edvard Çou idi. Xəzər dənizinin enerji təhlükəsizliyi, Azərbaycanın enerji baxımdan inkişafı, ABŞ-ın Xəzər dənizi hövzəsində enerji siyasəti, Azərbaycanın enerji üzrə regionda və dünyad rolunun mühümlüyü iştirakçılar tərəfindən müzakirə edildi.

Müzakirəçi Sovet İttifaqından sonra Azərbaycanın müstəqilliyi və bununla barabər əldə etdiyi siyasi və iqtisadi nailiyyətlərindən və bu nailiyyətlərin əldə edilməsində Xəzər enerjisindən gələn gəlirin mühümlüyündən danışdı. O, qeyd etdi ki, 90-cı illərdən bəri ölkə və xarici investorlar qarşılıqlı olaraq uzunmüddətli iqtisadi yatırım müqavilələrindən faydalanmaqdadır. Azərbaycan dövləti xarici investorların ehtiyaclarına cavab verdiyi təqdirdə ölkə iqtisadi sahədə irəliləyişlər əldə edəcək.

Onun sözlərinə görə, ABŞ-ın Xəzər dənizi hövzəsində enerji siyasəti birmənalı başa düşülməməlidir. Cənab Çou qeyd etdi ki, ABŞ qaz və kömür ehtiyatlarına malikdir və bu sahədə heç kəsdən asılılığı yoxdur. Yanacaq məsələsinə gəldikdə yanacağın hansı – qərb və ya şərqdən ABŞ-a gəlməsi mühüm deyil, hər iki halda ABŞ yanacaq axınından faydalanır. Lakin ABŞ-ın Azerbaycanda investor maraqları var. Təbii ki,Azərbaycanda yatırım qoyan ABŞ şirkətləri yanacağın Amerikaya Azərbaycandan gəlməsində maraqlıdırlar. ABŞ da eyni zamanda xaricdə olan şirkətlərini dəstəkləməlidir.

Azərbaycanın enerji sahəsində regionda və dünyada roluna gəldikdə cənab Çou bildirdi ki, Azərbaycanın keçmiş Sovet məkanında oynadığı mühüm rol yenidən canlana bilər. Azərbaycanın qaz ehtiyatı tükəndikdən sonra ölkə gələcəkdə enerji idxal-ixracı üzrə regional transit rolunda da çıxış edə bilər. Bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda sabitliyin yaranması təkcə qonşu ölkələrin deyil, eyni zamanda Azərbaycanın maraqlarına xidmət edir. Dünya iqtisadiyyatına inteqrasiya etmək üçün isə Azərbaycan hökumətinin bank, ticarət, təhsil və digər sahələrə yatırımlar qoyması vacibdir.

Tədbirin sonunda cənab Çou Amerikanın Səsinə verdiyi şərhində enerjidən gələn gəlirin ölkədə demokratiyanın inkişafı naminə necə paylaşdırılması məsələsinə də toxundu. O, bildirdi ki, neft və qaz gəlir gətirir və bu gəlirlər insanlar arasında bərabər paylanarsa inkişaf məqsədləri üçün istifadə edilə bilər. "Dünya ölkələrinin təcrübəsinə baxsaq neft və qaz gücün bir neçə nəfərin əlində cəmlənməsinə imkan yaradır və bu da ölkədə demokratiyanı zəiflədir. Mən sonuncu dəfə Bakıda olanda təhsil, ictimai durum və ölkədəki infrastruktura sahəsində gördüyüm yatırımlar enerjidən gələn düzgün yatırımlardır."

Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzinin təhsisçilərindən biri Əfqan Niftiyev isə tədbirin keçirilməsinin məqsədlərini izah edərək qeyd etdi ki, enerji baxımından Azərbaycan Xəzər dənizi hövzəsi və ümumiyyətlə Qafqazda böyük əhəmiyyətə malikdir. Regional əhəmiyyəti və enerji ehtiyatları nəzərə alınsa bir çox böyük dövlətlər daim Azərbaycana maraq göstərir. Cənab Niftiyev bu maraq dairəsində olan məsələləri elmi dairələrə ekspertlərin iştirakı ilə müzakirə etmək arzusunu bu təşkilatın yaranmasına rəvac verən önəmli faktorlardan biri kimi açıqladı.

Əfqan Niftiyev belə tədbirlərin gələcəkdə tez-tez keçiriləcəyini bildirdi.

XS
SM
MD
LG