Accessibility links

Vaşinqtondakı Tekstil muzeyində keçirilmiş festivalda Azərbaycan xalça sərgisi və xalq musiqi ilə təmsil olunub


Vaşinqtondakı Tekstil muzeyində keçirilmiş festivalda Azərbaycan xalça sərgisi və xalq musiqi ilə təmsil olunub

Vaşinqtondakı Tekstil muzeyində keçirilmiş festivalda Azərbaycan xalça sərgisi və xalq musiqi ilə təmsil olunub

Vaşinqtonda yerləşən Tekstil muzeyinin hər il keçirdiyi festivalda bu il Azərbaycan da təmsil olunmuşdur.

ABŞ-ın Qarabağ Fondunun təşəbbüsü ilə festival iştirakçıları Azərbaycanın xalçaçılıq sənəti, xalq musiqisi və rəqsləri ilə tanış ola biliblər.

Qarabağ Fondunun Mədəniyyət elçisi, tanınmış musiqişünas Cefri Verbax amerikalılara Azərbaycanın qədim şərq xalçaçılıq sənətində oynadığı rolundan danışıb.

Tanınmış musiqiçi İmamyar Həsənov festivala gələnləri Azərbaycanın xalq muğamı ilə tanış edib, lirik musiqi parçaları ifa edib.

Amerikada yaşayan və təhsil alan gənclərin ifasında Azərbaycanın xalq rəqsləri isə tamaşçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Tədbirqə Türkiyənin Kardelen rəqs qrupunun ifasında da Qafqaz bölgəsinin rəqsləri ifa edilib.

Açıq havada keçirilən festivalın zəngin proqramı çərçivəsində böyüklər və uşaqlar xalçaçılıq sənətinin əsasları və boya sənəti ilə tanış olublar.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG