Accessibility links

Vaksinlərin nailiyyəti [Video]


Vaksinlər həm maddi, həm də effektivliyi baxımından xəstəliklərə mane olunmasının ən yaxşı yoludur

Qavi vaksin şirkəti azyaşlı uşaqların vaksin proqramının genişləndirilməsi üçün maliyyə fondunun artırılmasına çalışır. Qurum 7.5 milyard dollarlıq məqsədinə nail olacağına ümid bəsləyir.

Qavi vaksin şirkəti ABŞ hökumətinin inkişaf etməkdə olan ölkələr üçün 1 milyard dollarıq vaksinasiya proqramına yardım edəcəyini gözləyir. Təşkilatın səylərinə baxmayaraq bəzi valideynlər uçaşların vaksinasiyasının əleyhinədir. Bunun nəticəsi olaraq Kaliforniya ştatında qızılca xəstəliyi geniş yayılıb.

Bu, dünyanın ən əyləncəli yeri olan Disneylenddə başlayıb. Yanvarda qızılcanın yayılmasının qeydə alınması ciddi nəticələr verə bilər.

Qızılca yoluxucu xəstəlikdir. Bu xəstəlik uşaqlarda karlıq, görmə problemləri, intellekt və hətta həyat bahasına başa gələ bilər. Bütün bunlara baxmayaraq valideynlər vaksinlərdən imtina edir.

Onları autism kimi vaksinlərin yan təsirləri qorxudur. Lakin autizmlə vaksin arasında heç bir əlaqə yoxdur. Bu, doktor Marta Riveranın sözləridir. "Autizm riski olmadığı təsdiq edilib. Bütün qorxu faktorları aradan qaldırılıb."

Dünyanın ən yoluxucu xəstəlikləri üzrə ekspertlər vaksinlərin təkcə tibbi effektivliyi deyil, xərc baxımından da effektiv olduğunu bildirir. Doktor Antoni Faucinin dediyinə görə: "Əgər xəstəliyə mane olunması, investisiyanın balanslaşdırılması və tibbi imtiyaz sahəsindən baxılsa, vaksinlər siyahının ön sırasında yer alır."

Dr. Set Berkli də bununla razılaşır. "Vaksinlər həm maddi, həm də effektivliyi baxımından xəstəliklərə mane olunmasının ən yaxşı yoludur."

Somalidə vaksinasiya proqramı böyük sevinclə qarşılanır. Qavi təşkilatı 15 il əvvəl təsis edildiyindən bəri 500 milyon uşağın immunizasiyasını həyata keçirib. Bunun nəticəsi olaraq 6 milyon uşağın həyatı xilas edilib.

Təşkilat gələn il daha 300 milyon uşağın vaksinlərlə təmin edilməsini nəzərdə tutur.

Ekspertlər deyir ki, ABŞ-da vaksin proqramlarına görə uşaq xəstəliklərinə nadir hallarda rast gəlinir. Bu baxımdan vaksinlər öz nailiyyətlərinin qurbanına çevrilib.

XS
SM
MD
LG