Accessibility links

Rusiya prezidenti Vladimir Putin Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə iştirak etmək üçün avqustun 8-də Bakıya rəsmi səfərə gələcək.

Səfər zamanı Putinin Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani ilə ayrı-ayrı görüşləri də keçiriləcək. Xəbəri Rusiya Prezident Administrasiyası yayıb.

Diplomatik mənbələrin məlumatına görə, üçtərəfli görüşdə "Şimal-Cənub" nəqliyyat dəhlizinin açılması, regional kooperasiya, təhlükəsizlik, terrorçuluğa qarşı mübarizə məsələlərinin müzakirəsi planlaşdırılır.

XS
SM
MD
LG