Accessibility links

Cənubi Asiyada qadınlar Valentin günü zorakılıq əleyhinə aksiyalar keçirib


Valentin günü Cənubi Asiyada qadınlar dünyada qadınlara qarşı zorakılığın qarşısını almaq üçün qlobal kampaniyanın bir hissəsi kimi küçələrdə yürüş keçirib, şüarlar səsləndirib, hətta rəqs edib.

Hindistan boyu minlərlə gənc qlobal kampaniyaya həsr olunmuş kütləvi rəqs nümayişində iştirak edib.

Dehlidə yüzlərlə tələbə və fəal qadınlara qarşı seksual zorakılığın bütün formalarına etiraz olaraq mahnı ifa edib, rəqs edib və küçədə tamaşa nümayiş etdirib.

Əfqanıstanda onlarla qadın və digər fəallar Valentin günü yerli zorakılıq və bənzər cinayətlərə etiraz olaraq Kabildə yürüş keçirib.

Nepalın Katmandu şəhərində baş nazirin evinin önündə yüzlərlə qadın və onları dəstəkləyənlərin nümayişi keçirilib.

Avstraliya və Banqladeşdə də buna bənzər nümayişlər olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG