Accessibility links

Valyuta böhranı İranda sosial partlayış təhlükəsini artırıb [Audio]


İranın pul vahidi olan rialın bu həftə ərzində dəyərinin üçdə birini itirməsi ölkədə sosial-siyasi təlatümlərlə müşayiət olunur.

Amerikanın Səsinin Torontoda qərargahlanan müxbiri İnsafəli Hidayətin dediyinə görə Təbriz bazarından başlanan etiraz aksiyaları İranın başqa ticarət mərkəzlərinə, o cümlədən paytaxt Tehrana yayılıb.

Etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar 2009-cu ildən bəri İranda növbəti inqilab dalğasının mümkünlüyünə dair spekulyasiyalara yol açıb.

İnsafəli Hidayət deyir ki, İran hökuməti bu növ etirazların qarşısını almaqda səriştəlidir və ölkənin nəhəng təhlükəsizlik apparatı adətən etiraz alovlarını vaxtında söndürməyə nail olur.

Eyni zamanda beynəlxalq sanksiyaların təsirləri altında əhalini dolandıra bilməyən hökumət daxilində misli görünməmiş parçalanmalar müşahidə olunur.

İranda baş qaldıran valyuta böhranına və onun mümkün fəsadlarına dair İnsafəli Hidayətin maraqlı şərhini dinləyin:

İnsafəli Hidayət İranda valyuta böhranı haqda
please wait

No media source currently available

0:00 0:14:38 0:00
XS
SM
MD
LG