Accessibility links

Dollar manata nisbətdə ucuzlaşıb


Dollar
Dollar

Yanvarın 11-də kommersiya bankları əhalidən valyuta alışının məzənnəsini endiriblər. Belə ki, dünən bir dolları 1,83-1,84 manata alan banklar bu gün alış məzənnəsini 1,74-1,78 manata endiriblər.

Azərbaycan Mərkəzi Bankı yanvarın 11-i üçün dolların məzənnəsini dəyişməyərək 1,7742 manat səviyyəsində saxlayıb.

İqtisadçı Natiq Cəfərli baş verənləri şərh edərkən deyib ki, bankların qərarları yanvarın 10-da keçirilən valyuta hərracı ilə bağlıdır.

“Adətən hərraca 30-40 mln. dollar çıxarılırdı, yanvarın 10-da isə təklif 5-6 dəfə çox olub, ancaq dəqiq rəqəm məlum deyil”, - o bildirib.

İqtisadçı qeyd edib ki, valyuta hərracında təklifin artması düzgün qərardır.

“Valyuta satışının bərpası ajiotajı səngidəcək, “qara bazar”ı zəiflədəcək, sahibkarları və əhalini sakitləşdirəcək”, eskpert vurğulayıb.

N.Cəfərli deyib ki, banklar alış məzənnəsi ilə yanaşı dolların satış məzənnəsini də azaltmalıdır.

“Banklar 4%-lik marjadan istifadə edərək valyuta əməliyyatlarından maksimum qazanc əldə etmək istəyirlər. Ancaq “qara bazar”ın tam aradan qaldırılması üçün valyutanın satış məzənnəsini də endirmək lazımdır”, o bildirib.

Onun sözlərinə görə, Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 mlrd. manat həcmində transfert barədə hakimiyyətin qərarı da vəziyyətə təsir göstərib. Bu, Mərkəzi Bankın valyuta əməliyyatlarında iştirakına imkan verəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG