Accessibility links

Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dolların məzənnəsi 2 qəpikdən çox bahalaşaraq, 1,8285 manat təşkil edib.

Yanvarın 17-də rəsmi məzənnə 1,8045 manat idi.

Kommersiya bankları xarici valyutanın alış-satış məzənnəsini özləri müəyyən edir. Bu məzənnə rəsmi məzənnədən xeyli yüksək olur.

Belə ki, bu gün kommersiya bankları əhalidən dolları 1,81 manata alır, 1,88 manata satır

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, valyuta hərracında manat dollara nisbətən ilk dəfəri 2,5 qəpik ucuzlaşıb.

“Mərkəzi Bank dolların məzənnəsini 1,95-2 manata çatdırmağı qarşısına məqsəd qoyub. Onlar tələsirlər, milli valyutanı 2 manat civarında sabitləşdirmək istəyirlər. Maraqlıdır ki, dünyada 2 gündür dollar ucuzlaşır, bizdə daha sürətlə bahalaşır. Bütün bunlar göstərir ki, bizdə “tam üzən məzənnə” deyil”, ekspert qeyd edib.

XS
SM
MD
LG