Accessibility links

Amsterdamın Van Qoq Muzeyi Vinsent Van Qoqun yeni əsərini nümayişə qoyacaq.

Muzeyin bəyanatında deyilir ki, “Montmajorda günəş batması” adlı əsər yağlı boya ilə çəkilmiş mənzərədir.

Muzey rəsmiləri əsərin norveç kolleksionerin evinin cardağında aşkar edildiyini bildirib. O, əsəri 1908-ci ildə aldıqdan sonra saxta hesab edərək çatdağa atıb.

Rəsm əsərinin tərzi, işlədilən materialları və yazısı ilə həqiqi olduğu müəyyən edilib.

“Montmajorda günəş batması” ictimaiyyətə sentyabr ayının 24-də açılacaq.
XS
SM
MD
LG