Accessibility links

Vankuverdə aksiya: “İran türklərinin yanındayıq” [Fotoqalereya]


Diaspora nümayəndələrinin tədbirində irqçiliyə qarşı şüarlar səsləndirilib

Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşayan türklər noyabrın 15-də üzərində irqçilik və ayrı-seçkiliyə qarşı şüarlar yazılmış plakatlarla Vankuver şəhər mərkəzində aksiya keçiriblər. Aksiya iştirakçıları İran Azərbaycanında baş verən kütləvi aksiyalara dəstək olaraq İrandakı türklərin yanında olduqlarını bildiriblər.

Biz Kanadanın Britaniya Kolumbiyasında yaşayan türklər, xüsusilə də İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulan və/ya yaralanan anti-iqrçi etirazçıların yanında dururuq.

İştirakçılarının əksəriyyəti İran Azərbaycanı və Türkiyə türklərindən ibarət olan aksiyaya Britaniya Kolumbiyasında yaşayan Azərbaycan Respublikası vətəndaşları və Uyğur türkləri də qatılıb.

Piketdə üzərində “İranda türklərə qarşı irqçiliyə son qoyun”, “Qeyri-fars toplumlara qarşı ayrı-seçkiliyə son qoyun”, “Biz türkcənin İranda rəsmi dil olmasını tələb edirik”, “İran məktəblərində türk dili üzərindəki yasağı qaldırın” və “İranda türk fəalların təqibinə son qoyun” kimi şüarlar yazılmış plakatlar nümayiş etdirilib.

İranın təhlükəsizlik qüvvələrinin nəzarət altına aldığı etirazçıların şəkilləri eləcə də, Azərbaycan, Türkiyə və “Doğu Türküstan” Bayraqlarını daşıyan tədbir iştirakçıları həmçinin mitinq bölgəsinə gələn şəhər əhalisi arasında üzərində mitinq bəyanatı yazılmış vərəqələr yayıblar.

Urmiyə, İran Azərbaycanı - 9 noyabr 2015
Urmiyə, İran Azərbaycanı - 9 noyabr 2015

“Biz İrandakı türklərin yanındayıq” başlıqlı bəyanatda İran televiziyasında yayılan uşaq proqramında türklərin aşağılanmasına işarə edərək ümumiyyətlə ölkə mediasında türklərin “əqli cəhətdən problemli” və “insandan aşağı” toplum üzvləri kimi təqdim edildikləri önə çəkilib.

“Biz Kanadanın Britaniya Kolumbiyasında yaşayan türklər, xüsusilə də İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulan və/ya yaralanan anti-iqrçi etirazçıların yanında dururuq... Biz məktəblərdə türkcə və digər qeyri-fars dillərdə təhsilə icazə verilməsini eləcə də, irqçiliyə etiraz edib türklərin dil hüquqlarını müdafiə etdikləri üçün qanunsuz şəkildə həbs edilmiş vicdan məhbuslarının sərbəst buraxılmasını İran dövlətindən tələb edirik...”

“Biz qeyri-fars dillər və kültürlərin əməli şəkildə rəsmiləşdirilməsi və İran toplumunun çoxmədəniyyətli təbiətinə hörmət edilməsinin, sadəcə qeyri-farslar üçün deyil fars əhali və bütün ölkə üçün zəruri olduğuna inanırıq,” aksiyanın qətnaməsində bildirirlir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG