Accessibility links

ABŞ-da yeni kəşfiyyat qurumu yaradılacaq


Amerika Birləşmiş Ştatlarının Vaşinqton Post qəzetininin dərc etdiyi xəbərdə deyilir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Kəşfiyyat İdarəsinin casus şəbəkəsindən daha böyük biri şəbəkə yaratmaq kimi “iddialı” planı var.

Vaşinqton Post qəzeti yazır ki, layihənin məqsədi Müdafiə Kəşfiyyatı İdarəsinin diqqəti baş verə biləcək təhlükələrə yönələcək casus xidmətinə cevrilməsidir.

Xəbərdə qurumun MKİ və elit hərbi birləşmələrlə daha da sıx əməkdaşlıq edəcəyi bildirilib.

Qəzet Müdafiə Kəşfiyyatı İdarəsinin böyüyərək dünya üzrə1600 kəşfiyyat “kollektorlarının” cəlb olunacağının gözlənildiyini yazır. İdarənin xaricdəki əməkdaşlarının ümumi sayının son zamanlar üç rəqəmli ədədə qədər artaraq “görünməmiş” həddə çatdığı bildirilir.

Qəzet ABŞ rəsmilərinə istinadən gizli əməliyyatçı nəslinin yetişdirilməsinə beş il vaxt sərf olunacağını bildirib.Kəşfiyyat agentlərinin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanacağı, lakin kəşfiyyat xarakterli tapşırıqları Müdafiə Nazirliyindən alacağı qeyd olunub.
XS
SM
MD
LG