Accessibility links

Varşavada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti açılıb


Varşavada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti açılıb

Varşavada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti açılıb

Forumda əməkdaşlığın siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında müzakirələr aparılır.

Bu gün Varşavada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti işinə başlayıb.
Sammitdə Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.
Təşkilata sədrlik edən Polşanın Baş naziri Donald Tusk bildirib ki, sammitin keçirilməsində əsas məqsəd “Şərq tərəfdaşlığı” ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir.

Forumda əməkdaşlığın siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında müzakirələr aparılır.
”Şərq tərəfdaşlığı” sammiti ilk dəfə 2009-cu il mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirilib.

XS
SM
MD
LG