Accessibility links

Casus qalmaqalı: Avropa rəsmiləri Vaşinqtona gəlir


Amerikanın kəşfiyyat proqramları münasibətlərdə gərginlik yaradıb

Almaniya bildirib ki, xarici və daxili kəşfiyyat agentliklərinin rəhbərləri Vaşinqtona səfər edərək, ABŞ-ın müttəfiq ölkələrdəki casusluq iddialarına etirazlarını bildirməlidir. Onların Amerikaya nə zaman gedəcəyi deyilməyib.

Avropa İttifaqının qanunvericiləri də gələn həftə Amerikanın kəşfiyyat xidmətinin rəsmiləri ilə görüş keçiriləcəyini bəyan ediblər.

Avropa ölkələrini Amerikanın Avropa İttifaqı liderləri və vətəndaşlarının, habelə Almaniya kansleri Angela Merkelin telefon söhbətlərini dinləməsi narahat edir.

Almaniyanın Sueddeutsche Zeitung qəzetinin yazdığına görə, xanım Merkelin telefon söhbətlərinin izlənməsi ABŞ-ın Berlindəki səfirliyindən dinlənə bilərdi.

Fransa prezidenti Fransua Olland ABŞ-ın izahat verməsini və casus proqramlarının dayandırılmasını tələb edib.

Bu arada, The Washington Post qəzeti ABŞ rəsmilərinin Eduard Snoudendən məxfi məlumatlar əldə edən xarici kəşfiyyat xidmətlərinə Vaşintonla əməkdaşlıq etməli olduqları barədə xəbərdarlıq verdiyini yazır.

Ağ Ev Angela Merkelin telefon danışıqlarının dinlənildiyini inkar edib. Almaniya kansleri ABŞ prezidenti ilə telefon söhbəti zamanı dostların izlənməsinin qəbuledilməz olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG