Accessibility links

Vaşinqtonda Azərbaycana dair dinləmə keçirildi [Video]


Vaşinqtonda Azərbaycana dair dinləmə keçirildi
please wait

No media source currently available

0:00 0:04:44 0:00

Vaşinqtonda Azərbaycana dair dinləmə keçirildi

ABŞ Konqresində Tom Lantos Komissiyasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmə keçirilib.

Bakıdan müzakirəyə Skype vasitəsilə qatılan AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl Azərbaycanda siyasi məhbus probleminə diqqət çəkib (Xədicə İsmayılın çıxışının tam mətni burada (ingilis dilində)):

Qorxaq diplomat görmək çox depressivdir. ABŞ kimi ölkədən belə bir şeyi görmək çaşdırıcıdır.
Xədicə İsmayıl

"Gənc fəallar Bakıda Heydər Əliyevin heykəlinin üzərinə qrafitti yazmaq ittihamı ilə həbsə atılıb. Həbsxanalarda durumu yoxlayan heç bir müstəqil qurum qalmayıb. Hesab edirəm ki, BMT və başqa qurumlar müstəqil müşahidə metodları haqda düşünməlidir.

Biz bir qrup keçmiş məhbusla birlikdə siyasi məhbusların siyahısını hazırlayırıq. Biz AŞPA-nın müəyyənləşdirdiyi termin üzrə müəyyənləşdiririk siyasi məhbusları."

Hökumət radikal islam kartından istifadə edir və elə göstərir ki, həbs olunan dindarlar radikallardır. Əslində belə deyil. Onlar hökuməti tənqid etdikləri üçün həbsdədirlər.

Dindar fəallar ən çox işgəncəyə məruz qalanlardır. Xalq Cəbhəsi Partiyasının sədrinin müavini bu iş çərçivəsində həbs olunub.

Hələ ki, məhkəmə davam edir və yekun söz demək istəmirəm amma işgəncələr verildiyi faktdır."

Xədicə İsmayıl Konqresdə insan haqları komissiyasənda ifadə verir.
Xədicə İsmayıl Konqresdə insan haqları komissiyasənda ifadə verir.

Bu işlər üzrə keçirilən məhkəmə proseslərində Bakıdakı xarici ölkə səfirliklərindən nümayəndələrin iştirak edib-etməməsi barədə suala cavabaında Xədicə İsmayıl ABŞ-ın Azərbaycandakı səfirliyinin o qədər də fəal olmadığını deyib.

"Müxtəlif səfirliklərin nümayəndələri gəlirlər. Amma ABŞ səfirinin iştirakı yetərli deyil. Bundan əvvəl belə bir bəyanat verilmişdi ki, səfir Robert F. Cekutanın hökumət nümayəndələri ilə fotosu daha çoxdur," İsmayıl bildirib.

Jurnalistin sözlərinə görə Qərbli diplomatlar müstəqil jurnalistlərə və sivil cəmiyyətə münasibətlərini açıq göstərməkdən qorxurlar.

"Qorxaq diplomat görmək çox depressivdir. ABŞ kimi ölkədən belə bir şeyi görmək çaşdırıcıdır," o bildirib.

Fransa səfirliyinin əməkdaşları isə kameradan qaçırlar. Bunlar məyusedicidir. Mən Azadlıqradiosunda işləyirəm - ABŞ Konqresindən maliyyələşir. Mənə qarşı açılmış cinayət işi AzadlıqRadiosunun guya ki, pul yuması ilə bağlı idi. Məgər Konqresin pulu çirklidirmi?

Səfirliyin bu məsələ ilə bağlı bəyanatı təxminə belə oldu ki, əgər AzadlıqRadiosu peşəkar davransa, fəaliyyətini davam etdirsin. Bunu eşitmək mənimçün həbsdə ən pis xəbər oldu.

Biz indi nə edə bilərik? Biz özümüzü daha çox göstərə bilərik. Məsələn, biləndə ki, jurnalist təqib olunur, onunla gedib çay içirdik. Biz özümüzü daha çox göstərə bilərik.
Riçard Kazlariç, sabiq ABŞ səfiri

Mənə deyirlər ki, diplomatlar qorxurlar ki, açıq tənqid etsələr, hökumət onlarla münasibəti pisləşər. Necə oldu ki, güclü dövlətlər belə zəiflədi?"

Müzakirəyə qatılan AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli də Azərbaycanda qarşıdan gələn referendumda təbliğat imkanlarının məhdudlaşdırılması və medianın vəziyyətinə diqqət çəkib (Türkel Kərimlinin çıxışının tam mətni burada (ingilis dilində)):

"Keçən seçkidə pullu efir vaxtı o qədər baha idi ki, müxalifət çıxış edə bilmədi.

"Azadlıq" qəzeti iflasa uğrayıb. Qəzetin maliyyə direktoru həbs olunub, odur ki, qəzet pulunu bankdan çəkə bilmir. Müxbirlər çox böyük əziyyət çəkir.

"Meydan TV" və AzadlıqRadiosu çox vacibdir. "Azərbaycan Saatı" adlı televiziya verilişi də var. Onun tənqidi mövqeyinə görə, yayıldığı peyk kanalından yığışdırıblar.

O ki qaldı nümayişlərə, onları ancaq hökumətin seçdiyi yerdə keçirmək mümkündür. Amma ən müxtəlif metodlardan istifadə edərək vətəndaşların həmin aksiyalarda iştirakının qarşısı alınır. Gah ona təyin olunduğu vaxta çox az qalmış icazə verilir, gah aksiyalara İŞİD bayrağı gətirirlər ki, əhalini qorxutsunlar."

Nümayişləri ancaq hökumətin seçdiyi yerdə keçirmək mümkündür. Amma ən müxtəlif metodlardan istifadə edərək vətəndaşların həmin aksiyalarda iştirakının qarşısı alınır.
Türkel Kərimli

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich (Keçmiş səfirin çıxışının tam mətni burada (ingilis dilində)) də Azərbaycanda insan haqlarının durumuna görə ölkəsinin daha ciddi addımlar atmalı olduğunu deyib. O, özününü Bakıda işlədiyi illərdə də insan haqları pozuntularına necə reaksiya göstərdiklərini misal çəkib: "Mənim vaxtımda biz hökumətə birbaşa yardım göstərmirdik. Bu imkanlar aradan qaldırılıb. Biz indi nə edə bilərik? Biz özümüzü daha çox göstərə bilərik. Məsələn, biləndə ki, jurnalist təqib olunur, onunla gedib çay içirdik. Biz özümüzü daha çox göstərə bilərik."

Xədicə İsmayıl dinləmələrdə beynəlxalq təşkilatların Azərbaycandakı duruma daha fəal müdaxilə etməli olduqlarını deyib:

"Beynəlxalq ictimaiyyətin edə biləcəyi ilk bu iş olmalıdır ki, onlar məsələn, saxtalaşdırılmış seçkini udmuş hökuməti təbrik etməyə tələsməməlidir.

Beynəlxalq ictimaiyyətin edə biləcəyi ilk bu iş olmalıdır ki, onlar məsələn, saxtalaşdırılmış seçkini udmuş hökuməti təbrik etməyə tələsməməlidir.
Xədicə İsmayıl

AzadlıqRadiosunun işini davam etdirməyə nail olmağa çalışmaq lazımdır. AzadlıqRadiosu ABŞ-ın Azərbaycanda gördüyü ən yaxşı işdir.

ABŞ təhsil proqramlarını dayandırıb. Onları da davam etdirmək lazımdır. Bu da çox vacibdir."

Tom Lantos İnsan Haqlaqrı Komissiyasındakı dinləmə Azərbaycanda yeni həbs dalğasına start verildiyi vaxta təsadüf edir. Prezident İlham Əliyevin konstitutsiyaya düzəlişlərlə bağlı təyin etdiyi referendum ərəfəsində bir sıra jurnalist və sivil cəmiyyət fəalları müxtəlif növ ittihamlarla həbs olunub. Müxalifət liderləri konstitutsiyaya düzəliş təkliflərini hakimiyyəti Əliyevlər ailəsində saxlamaq cəhdi kimi qiymətləndirir.

XS
SM
MD
LG