Accessibility links

Belə görünür ki, Suriya prezidenti Bəşar əl-Əsədi devirmək uğrunda siyasi döyüş bitib - ən azı Tramp administrasiyasının nöqteyi nəzərindən.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli cümə axşamı bəyan edib ki, Vaşinqtonun prioriteti "oturub, diqqəti Əsədi hakimiyyətdən kənarlaşdırmağa cəmləşdirmək deyil.”

Əsədə gəldikdə, biz siyasi reallığı qəbul etməliyik.

Heylinin bəyanatı Əsədin devrilməsi üçün ABŞ səylərinin əsas tərəfdarları olan qanunvericilərdən sərt təpki ilə qarşılanıb. Respublikaçı Senator Con Makkeyn Tramp administrasiyasını Suriya müttəfiqi Rusiya ilə “Faust sövdələşməsindən” (şeytanla sövdələşmə) ehtiyatlı olmağa səsləyib.

Başqa Respublikaçı Senator Lindzi Qraham xəbərdarlıq edib ki, diqqəti Əsəddən çəkmək Prezident Barak Obamanın qırmızı xəttə (Obama Əsəd kimyəvi silahdan istifadə etdiyi halda hərbi müdaxilə edəcəyinə işarə etmiş, lakin sonradan hərbi addım atmamışdı) riayət etməməsindən bəri ən böyük səhv olardı.

Müşahidəçilərin fikrincə 6 il çəkən qanlı müharibədən sonra Əsədin hakimiyyətdə qalacağı qaçılmaz görünür.

Cümə günü Ağ Evdə keçirdiyi mətbuat konfransında adminsitrasiya sözçüsü Şon Spayser deyib ki, ABŞ Əsədin gələcəyinin Suriya xalqının əlində olduğunu etiraf etməlidir.

“Əsədə gəldikdə, biz siyasi reallığı qəbul etməliyik,” Spayser bildirib,

Şon Spayser, Ağ Ev sözçüsü

Şon Spayser, Ağ Ev sözçüsü

Spayser Əsədin vəzifədən getməli olduğu barədə heç nə deməyib. Əvəzində o, ABŞ-ın əsas prioritetinin Suriyada İŞİD-i məğlub etmək olduğunu vurğulayıb.

Bəzi Yaxın Şərq üzrə təhlilçilər Dövlət Katibi Reks Tillersonun Ankarada olarkən ABŞ-ın Suriyada rejim dəyişikliyindən üz döndərdiyinə dair mesaj verdiyini önə çəkirlər. Müşahidəçilərin fikrincə 6 il çəkən qanlı müharibədən sonra Əsədin hakimiyyətdə qalacağı qaçılmaz görünür.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG