Accessibility links

ABŞ-ın aparıcı qəzetlərdən biri olan Washington Post qəzetinin bildirdiyinə görə, Birləşmiş Ştatlarda polis gündə iki nəfərdən çox adam öldürür.

Washington Post yazır ki, 2015-ci ilin ilk beş ayı ərzində ölkə boyu polis 385 adam öldürüb. Qəzetin bildirdiyinə görə, bu hesabla ilin sonuna qədər polis təxminən min nəfəri öldürəcək.

Washington Post qəzeti bu qətllərin statiskasını hüquq-mühafizə orqanlarının ölümcül silahlardan istifadəsi ilə bağlı qızğın debatların getdiyi bir vaxt aparır.

Qəzet yazır ki, qətllərin sayı federal hökumətin son on ildə göstərdiyi atışmaların sayından iki dəfə çoxdur.

Keçmiş polis rəisi və qərargahı Vaşinqtonda yerləşən Polis Fondunun prezidenti Cim Buerman Washington Post qəzetinə bildirib ki, vəziyyətlə əlaqədar düzgün informasiya olmasa, polis tərəfindən atəş açılması hallarının azaldılması mümkün olmayacaq.

Washington Post qəzetinin bildirdiyinə görə, hadisə qurbanlarının 80 faizi ölümə səbəb ola biləcək potensial əşyalarla silahlanıb, lakin ölən insanların 40 faizi silahlı olmayıb.

Məlumatda deyilir ki, polis işçiləri yalnız onların və ya başqalarının həyatına ölüm təhlükəsi yarandığı zaman silahlardan istifadə edə bilər. Bu il ölümlə nəticələnmiş 385 haldan yalnız üçündə polis zabiti ilə bağlı cinayət işi qaldırılıb.

XS
SM
MD
LG