Accessibility links

Vaşinqton Post Əfqanıstana dair yeni kəşfiyyat hesabatını açıqlayıb


ABŞ-ın nüfuzlu Washington Post qəzeti yazır ki, Əfqanıstan üzrə kəşfiyyat hesabatı Birləşmiş Ştatlar və onun müttəfiqlərinin əldə etdiyi nailiyyətlərin 2017-ci ilədək itirələcəyini ehtimal edir. Bunun beynəlxalq qüvvələr ölkəni tərk edən zaman Taliban və başqa qrupların təsirinin daha da artması ilə baş verəcəyi təxmin edilir.

Yeni Milli Kəşfiyyat Dəyərləndirməsinə istinad edən qəzet yazır ki, Vaşinqton və Kabil beynəlxalq hərbi kontingentin 2014-cü ildən sonra da ölkədə qalmasına dair təhlükəsizlik paktına imza atmasa Əfqanıstan tezliklə xaosla üzləşəcək.

Hesabat barədə məlumatlı olan ABŞ rəsmisinə istinad olunan məqalədə qoşunların saxlanılmadığı, maliyyə dəstəyi və kəşfiyyat dəyərləndirməsinin olmadığı bir şəraitdə vəziyyətin çox sürətlə pisləşəcəyi deyilir.

Ancaq məqalədə habelə vurğulanır ki, həddən artıq pissimist olan hesabatda Əfqanıstan təhlükəszilik qüvvələrindəki inkişaflar nəzərə alınmayıb.
XS
SM
MD
LG