Accessibility links

"Qadın Yürüşü"-nə dünya boyu yüz minlərlə adam qatılıb [Fotoqalereya]


ABŞ prezidenti Donald Trampın inaqurasiyasından bir gün sonra yüz minlərlə insan qadın haqlarının müdafiəsi şüarı ilə ABŞ paytaxtı Vaşinqton və başqa şəhərlərdə mərkəzi meydanlara çıxıb.

Tanınmış incəsənət xadimləri və siyasi fəallar Trampın immiqrasiya, ətraf-mühit və qadın hüquqları üzrə siyasətinə qarşı kəskin mövqelərini ifadə ediblər.

Müğənni və aktrisa Madonnanın gözlənilməz gəlişi Vaşinqtonda nəhəng izdiham tərəfindən alqışlarla qarşılanıb. O, “biz sevigini seçirik” deyə şüarlara səsləndirərərk, iki mahnı oxuyub.

İzdiham qarşısına çıxan başqa ulduzlar sırasında bəstəkar Alicia Keyes, aktrisa Skarlet Cohanson və Maksuell olub.

ABŞ-da qadın hüquqları hərəkatının lideri sayılan Qloriya Staynem ABŞ paytaxtındakı nümayişdə çıxış edən 25 spiker arasında olub.

İri kütlə isə yeni prezidentin syasətlərinə etiraz etmək üçün Kapitoli binası qarşısında toplaşıb.

Qadın yürüşünün təşkilatçıları yürüşdə bir neçə yüz min insanın iştirak etdiyini təxmin edir.

Vaşinqton rəsmiləri şəhərdə 1800 avtobusun gəlişinə icazə verib. 100 mindən çox insan şəhərə avtobuslarla gəlib.

Nümayişçilərin çoxu pişik qulaqları cizgiləndirən çəhrayı rəngli papaqlar geyiniblər.

Vaşinqtondakı yürüş ABŞ-ın və dünya boyu başqa şəhərlərdə də rezonans doğurub. Çikaqo, Los Anceles, Minneapolis və Nyu Yorkda on minlərlə adam küçələrə çıxıb. London və Sidney daxil edilməklə, dünyanın 20-yə yaxın ölkəsində 600-dən artıq yürüş təşkil edilib.

Yürüşün təşkilatçılarının bildirdiyinə görə, onlar Trampa hakimiyyətinin ilk günü qadın və insan hüquqlarına dair mesaj ünvanlamaq istəyir. Nümayişçilər irqi və gender bərabərliyi, səhiyyə xidmətləri və abort hüquqları sahəsində radikal dəyişikliklər tələb edəcək.

Sidney

Sidney

Yürüş iştirakçılarını motivasiya edən digər narahatlıq qadınlara qarşı zorakılıq, əhraf mühitin mühafizəsi, qey və lezbianların hüquqlarının, əlillər, mühacirlət və icmaların nümayəndələrinin iş hüquqlarının müdafiəsidir.

Prezident Tramp Ağ Evi etirazçıların toplaşma vaxtından əvvəl tərk edərək Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) qərargahına yollanıb. Burada o agentliyin əməkdaşları ilə görüşə qatılıb.

XS
SM
MD
LG