Accessibility links

Vaşinqtonda "Türk Yürüşü" [Video]


Vaşinqtonda yaşayan türklər ermənilərin 24 aprel aksiyasına etiraz edir / 24 aprel 2011
Vaşinqtonda yaşayan türklər ermənilərin 24 aprel aksiyasına etiraz edir / 24 aprel 2011

Aprelin 24-də Vaşinqtondakı Türkiyə səfirliyinin qarşısında ermənilər və türklər aksiya keçiriblər. Türklərin "Türk Yürüşü" adlanan aksiyasında Vaşinqtonda və ətraf ştatlarda yaşayan azərbaycanlılar da Azərbaycan bayraqları ilə iştirak edir.

Hər il keçirilən oxşar yürüşdə ermənilər 1915-ci ilin 24 aprelində həyata keçirildiyini iddia etdikləri "Erməni soyqırımı" zamanı həlak olanların xatirəsini yad edir və bunun rəsmən dünyada "Erməni soyqırımı" kimi tanınmasını tələb edirlər.

"24 aprel erməni soyqırımı" iddialarına etiraz olunan "Türk Yürüşü" isə bu il əvvəlkilərdən bir qədər fərqlənib. Belə ki, minlərlə türkün iştirak etdiyi aksiya bu dəfə yürüş şəklində eləcə də, bir çox türk millətlərin iştirakı ilə baş tutub.

​Hər il olduğu kimi bu ildə Vaşinqton polisi aksiyaların keçirildiyi ərazilərdə təhlükəsizlik tədbirlərini artırıb.

ABŞ prezidenti Barak Obama dünən 1915-ci ildə ermənilərin kütləvi qətllərinin yad edildiyi anım günü münasibətilə bəyanatını açıqlayıb.

Obama hadisələrin 20-ci əsrdə ilk kütləvi qətl hadisəsi olduğunu desə də, bunu soyqırım adlandırmayıb.

ABŞ prezidenti Suriyadan 17 min qaçqına ölkədə sığınacaq verdiyinə görə Ermənistana təşəkkürünü bildirib.

XS
SM
MD
LG