Accessibility links

On minlərlə insan bazar günü Roma Papası XIV Benediktin Vatikandakı evinin pəncərəsindən etdiyi duaları dinləmək üçün Müqəddəs Pyotr meydanına toplaşıb.

Roma Papası kilsəni tərk etmədiyini və bu həftənin sonu istefaya gedəndən sonra ibadətlə öz xidmətini davam etdirəcəyini deyib.

Dünyada bir milyarddan artıq katolik xristianın dini lideri olan Roma Papasının geniş ictimaiyyət üçün son dua mərasimi isə Müqəddəs Pyotr meydanında çərşənbə günü keçiriləcək.

Benediktdən sonra yeni Papanı seçmək üçün kardinallar Vatikana toplaşır. Vatikan medianı seçkidən öncə kardinallara təzyiq göstərdiyini deyərək tənqid edib.

85 yaşlı Benedikt 2005-ci ildə İkinci İohann Pavelin vəfatından sonra Roma Papası seçilmişdi.
XS
SM
MD
LG