Accessibility links

Vatikanın Müqəddəs Piter meydanında yeni seçilmiş Roma Papası Fransis inaqurasiya mesajında uşaqlar, yaşlılar, kilsəni və tanrının yaratdığı hər bir şeyi qorumağa çağırıb.

Roma Papası Fransis 130 ölkədən olan siyasi lider və bir çox dini nümayəndələr də daxil olmaqla 150 min insan qarşısında etdiyi çıxışını italyan dilində səsləndirib.

Yüksək səviyyəli qonaqların arasında dünya pravoslav xristianlarının mənəvi lideri Bartolomey də olub. O, min il bundan əvvəl xristianlığın iki əsas kilsəsinin ayrılmasından sonra Roma Papasının inaqurasiyasında iştirak edən ilk pravoslav liderdir.

Papa Fransis Müqəddəs Piter meydanında üstü açıq arabada dövrə vuraraq onu alqışlamaq üçün toplaşan dindarları salamlayıb. Əllərində şüarlar dalğalandıran insanlar kilsənin yeni liderinə dəstək nümayiş etdiriblər. Papa Fransis bir neçə dəfə arabasını dayandıraraq, kiçik uşaqlar və bir əlil kişi üçün dua edib.

Papa Fransis təntənəli mərasimdən sonra Müqəddəs Piterdan başlayaraq, hər bir Papaya ilk dəfə seçildiyində təqdim edilən və hazırda təxminən 1,2 milyard insanın mənsub olduğu Roma katolik kilsəsinə başçılıq etmək missiyasını yerinə yetirmək üçün yun şal təqdim edilib.
XS
SM
MD
LG