Accessibility links

XVI Benedikt Vatikanda minlərlə insan qarşısında çıxış edib


XVI Benedikt "kilsənin mənafeyi üçün" istefa verdiyini deyib. Vatikanda minlərlə insan qarşısında çıxış edən Roma Papası onu dəstəklədikləri üçün katoliklərə minnətdarlığını bildirib. "Mən bu çətin günlərdə sizin mənə olan məhəbbətinizi və dualarınızı hiss etmişəm. Mənə, kilsəyə, gələcək Papaya və Allaha dua etməkdə davam edin"-deyə o bildirib.

Kardinal Cozep Ratzunqer kimi tanınan alman əsilli Roma Papası yaşı ilə əlaqədar olaraq vəzifələrini icra edə bilmədiyinə görə istefaya gedəcəyini deyib.

Vatikan ilk dəfə olaraq bu gün 85 yaşlı Papanın ürəyində kardiostimulyatorun olduğunu etiraf edib.

Vatikan Roma Papası Benediktin rəsmən istefaya getməsindən bir gün əvvəl fevralın 27-də Müqəddəs Pyotr meydanında sonuncu dəfə dua mərasimi keçirəcəyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG