Accessibility links

Çümə axşamı istefaya çıxacaq Roma Papası XIV Benedikt Katolik kilsəsinin başçısı kimi bu gün ictimaiyyət qarşısında son çıxışını edib.

Roma Papası Vatikanda Müqəddəs Pyotr meydanında on minlərlə insan qarşısına çıxaraq, sonuncu duasını edib. Bu tarixi hadisədə iştirak etmək üçün 50 min insan biletlə təmin edilib, amma meydanda 100 mindən artıq insanın olduğu deyilir.

Roma Papasını Müqəddəs Pyotr meydanına gətirən avtomobil meydanı dolaşan zaman o, insanları salamlayıb və kütlə içərisindən qucağına verilən körpəyə dua oxuyub.

Kütlə qarşısında çıxışı zamanı Roma Papası kilsəyə başçılıq etdiyi müddətdə bəzi xoşagəlməz xəbərlərin yayılmasına baxmayaraq, tanrının kilsənin batmasına imkan verməyəcəyini deyib.
XS
SM
MD
LG