Accessibility links

Roma katolik kilsəsinin başçısı Papa Fransis sələfləri olan XXIII Con və II İohann Paveli Müqəddəs Pyotr meydanında xüsusi mərasimdə müqəddəs elan edib.

Rəsmilər katolik kilsəsinin müdəddəslik titulunun verilməsi mərasimini izləmək üçün Müqəddəs Pyotr meydanına bir milyona yaxın insanın toplaşdığını bildirib.

Bu, ilk dəfədir ki, iki Roma Papası eyni zamanda müqəddəs elan edilir.

Roma şəhərinin kilsələri 20-ci əsrdə katolik kilsəsinin başçıları olmuş iki görkəmli din xadiminə müdəqqəslik titulunun verilməsi mərasimini müşahidə etmək üçün şəhərə gələn zəvvarlar üçün açıq olub.

23-cü Con və İkinci İohann Pavel Roma katolik kilsəsinin iki müxtəlif cərəyanını təmsil edibliər.

Milyonlarla insanın ürəyinə yol açmış talyan olan Jon açıq görüşləri və səmimi münasibətilə tanınıb. Onun səyləri və təşəbbüsü müasir dövrdə kilsə təlimində ən böyük dəyişikliklərə yol açdı. Messalarda latın dilindən istifadəyə son qoyuldu, dini mərasimlər zamanı musuqidən istifadə edilməyə başlandı və ənənəvi görüşlərə malik din xadimlərindən uzaqlaşan Vatikan rəhbərliyi qarşısında suallar qaldırıldı.

Polşada anadan olan İkinci İohann Pavel kilsə islahatlarını davam etdirdi, lakin mərkəzi hakimiyyəti möhkəmləndirdi, ilahiyyat məsələlərində dönüklüyü qınadı və sosial məsələlərdə daha kəskin mövqe tutdu.
XS
SM
MD
LG