Accessibility links

Yeni Roma Papası - Yorge Mario Berqolyo


Argentinalı kardinal Yorge Mario Berqoqlio keçən ay istefa verən XVI Benediktin xələfi, 266-cı Roma Katolik Kilsəsinin pontifi seçilib.

Vatikanın Sistin Çapel zalının bacasından yüksələn ağ tüstü yeni Roma Papasının seçildiyinə işarədir.

Yeni seçilən Papa 76 yaşındadır və Fransis deyə müraciət olunacaq.

Dünyanın 1.2 milyard Roman katolikinə rəhbərlik edəcək şəxs Kardinallar Şurasının 115 üzvü tərəfindən seçilib.

Ötən ay 85 yaşlı Roma Papası XVI Benediktin istefasından sonra onu əvəz edəcək şəxs səslərin üçdə iki hissəsini, başqa sözlə 77 səs əldə etməli idi.

Bundan əvvəl iki dəfə keçirilən səsvermə nəticə verməmişdi.
XS
SM
MD
LG