Accessibility links

Vatikana hücum planlaşdıran ekstremistlər axtarılır


İtaliya prokurorları Pakistanda hücumlarla əlaqəsi olmaqda və Vatikana hücum planlaşdırdıqları ehtimal edilən 18 şübhəli islamçı ekstremisti ələ keçirmək üçün reydlər keçirdiklərini bildiriblər.

Prokuror Mauro Mura Sardiniya adasında müxbirlərə bildirib ki, Osama Bin Ladenin iki cangüdəninin şübhələnilənlərin arasında olduğu ehtimal edilir. Digər şübhəlilərin isə Vatikana hücum planlaşdırdıqlarına inanılır.

O deyib ki, rəsmilər Vatikana hücumun planlaşdırıldığı barədə məlumatı telefon danışıqlarının izlənilməsi nəticəsində əldə edib.

Bu gün polis bildirib ki, ölkə boyu keçirilən əməliyyatlar onların Əl-Qaidə ilə əlaqəsi olduğunu göstərib. Onların hamısının pakistanlı və ya əfqanıstanlı olduğu və Pakistan hökumətinə qarşı üsyan qaldırmaq istədikləri ehtimal olunur.

XS
SM
MD
LG