Accessibility links

Vatslav Havelin büstü Konqres binasında görkəmli şəxsiyyətlər sırasında yer aldı


ABŞ Konqresinin liderləri mərhum Çexiya prezidenti, müəllif və istiqlalçı Vatslav Havelin xatirəsini yad ediblər. Çexiyada demokratiyaya aparan anti-kommunist üsyanlarının 25-ci ildönümü qeyd olunur. Çərşənbə günü ABŞ Kapitolisində cənab Havelin büstünün açılış mərasimi olub. Havelin həyat yoldaşı Daqmar və Çexiya baş naziri Bohuslav Sobotka mərasimdə iştirak ediblər. Mərasimə Nümayədələr Palatası spikeri Con Beyner ev sahibliyi edib.

Prezident Havel azadlıq müdafiəçisi, insan haqları müdafiəçisi və ümid elçisi idi.

Mərhum Çexiya prezidentinin büstü Britaniyalı Vinston Çörçil, İsveçli Raul Vollenberq və Amerikalı Martin Luter Kinq Jr. və digər görkəmli liderlərin büstləri ilə birgə Kapitolinin “Statutory Hall” heykəllər zalında yerləşdirilib.

Nümayəndələr Palatasının spikeri açılış mərasiminə başçılıq edib.

“O, kommunistləri onlarda olmayan bir silahla, yəni həqiqətlə ifşa edən yazıçı idi. Buna görə o, üç dəfə həbs olundu, bir neçə dəfə sorğulara və daimi müşahidələrə məruz qaldı, lakin o yazmağa davam etdi və yazdığı əlyazmaların səhifələrini evinin fərqli yerlərində gizlətdi. Ona Qərbə qaçmağa fürsət veriləndə, o, ‘Mən sadə çex kəndçisiyəm,’ deyərək getməkdən imtina etdi.”

Vatslav Havel

Vatslav Havel

Nümayəndələr Palatasının azlıq lideri Nensi Pelozi bildirib ki, cənab Havel dünyanın hər bir yerində, əsasən də Çində və onun Tibet regionunda demokratiya və insan haqqları uğrunda mübarizə aparan insanlara nümunə olub.

“Prezident Havel azadlıq müdafiəçisi, insan haqları müdafiəçisi və ümid elçisi idi. O, pyeslər yazırdı və islahat nizamnaməsini qələmə almışdı. O, demokratiya tərəfdarı olub və ölkəsi, qitəsi, bütün dünya insanları və gələcək nəsillər üçün yeni inkişaf yolu açıb.”

Çexiya baş naziri Bohuslav Sobotka cənab Havelin 1990-cı ildə dilə gətiridiyi bir mesajı xatırladıb: “Azadlıq uğrunda mübarizə aparan heç kəs unudulmamalıdır.”

Azadlıq uğrunda mübarizə aparan heç kəs unudulmamalıdır.

“Vatslav Havelin büstünü açmaqla biz təkcə ona ehtiramımızı göstərmirik, Havelin də dediyi kimi, təzyiqlərə boyun əyməyən, həbs, əziyyət və ya ölüm təhlükəsinə baxmayaraq azadlıq uğrunda mübarizəyə davam edən, Vatslav Havel kimi fikirlərini açıq şəkildə ifadə edən hər kəsə hörmətimizi bildiririk.

Cənab Havelin əsarətə qarşı mübarizəsi və insan haqları və demokratiya uğrunda fəallığı “Məxməri İnqilab” kimi tanınan Çexoslovakiyada kommunizmin devrilməsinə yardımçı olub.

O, 1989-cu ildə ölkənin ilk demokratik yolla seçilmiş prezidenti olub və Çexiya ilə Slovakiya ayrılandan sonra Çexiya Respublikasının ilk prezidenti seçilib.

O, üç dəfə həbs olundu, bir neçə dəfə sorğulara və daimi müşahidələrə məruz qaldı, lakin o yazmağa davam etdi.

Cənab Havelin rok, caz və blues janrlarına sevgisini nəzərə alaraq, ABŞ konqresinin üzvləri amerikalı musiqiçi və ZZ Top qrupunun gitara ifaçısı Billi Gibbonsu mərhum Çexiya liderinin xatirəsini yad etməyə dəvət ediblər.

Bu mərasim üçün Gibbons mahnısının orijinal sözlərini “Sən məni sevməyə məcbur deyildin, amma sevdin”-dən “Sən onu dəyişməyə məcbur deyildin, amma dəyişdin”-ə çevirib.

XS
SM
MD
LG