Accessibility links

Cənubi və Böyük Səhraaltı Afrika ölkələrinə satılan dərmanların saxta olduğu deyilir (Video)

  • Amerikanın səsi

Yeni açıqlanan hesabarda Cənubi Afrika və Böyük Səhraaltı Afrika ölkələrinə vəba xəstəliyinə qarşı satılan dərmanların çox hissəsinin ya saxta, ya da keyfiyyətinin çox aşağa olduğu deyilir. Ekspertlər bunun son on ildə vəbanın qarşısının alınması sahəsində əldə edilən tərəqqini təhlükə altına almasından əlavə, vəbanı yaradan parazitlərin bu dərmanlara müqavimət göstərəcəyini deyirlər.

Ekspertlər illərdir inkişaf etməkdə olan ölkələrə göndərilən kefiyyəti aşağı, düzgün qablaşdırılmayan və saxta dərmanların insanların sağlamlığına təhlükə olduğunu deyirlər.

Son araşdırmalar Səhraaltı Afrika və cənub-şərqi Asiyada vəba xəstəliyinə yoluxan insanların dərmanların keyfiyyətsizliyi səbəbindən müalicə olunmadıqlarını göstərib. Araşdıqmalarda iştirak edən Milli Səhiyyə İnstitutundan Georika Nayyar Amerikanın Səsinə müsahibəsində bunun böyük problem olduğunu deyir. “Bizim bu dərmanların harada və necə istehsal edildiyi barədə lazılmi məlumatımız yoxdur. Lakin bu dərmanlar yerli mağazalarda satlır, hətta onlardan xəstəxalarda istifadə edilr.”

Nayyar kimyəvi araşdırmalardan keçirilən dərmanların böyük hissəsinin saxta qablarda, yanlış etiketlərlə və ya köhnəlmiş olduğunu deyir. “Vəbaya qarşı aşağı səviyyəli dərmanlar Şərqi Asiyanın 7, Yarı-Səhra Afrikanın 21 ölkəsində aşkar edilib ki, bu da aysberqin yalnız üst qatıdır.”

Hər il dünyada vəbadan bir milyona qədər insan ölür. Alimlər və Səhiyyə ekspertləri dərmalanrın yol açdığl ölüm hallarına qarşı mübarizənin əsas yolunun dərman təchizatı sahəsinin bötövlüyünün qorunması üçün qaydalara riayət edilməsi oldğunu deyirlər.

Ekspertlər qanun yolu ilə keyfiyyətsiz dərmanlardan istifadə edilməsinə son qoyulmasına çağırır.

XS
SM
MD
LG