Accessibility links

Vəfa Quluzadə: Amerika-İran yaxınlaşması regiona müsbət təsir edəcək [Video-Müsahibə]


Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşavirinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində ABŞ-İran danışıqlarının regional təsirləri, Azərbaycan-İran münasibətlərindəkı yeniliklər və İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi sahəsinə gətirəcəyi yeni münasibətlərdən danışıb.

Amerikanın Səsi: Amerika-İran danışıqlarının perspektivlərini necə görürsünüz? İki ölkə arasında münasibətlərin liberallaşmasının regional təsirləri nə ola bilər?

Suriya da öz siyasi vektorunu Amerikaya tərəf çevirə bilər.

Vəfa Quluzadə: Burada Amerika-İran əlaqələrində ikitərəfli müstəviləri axtarmaq düzgün olmaz. Amerika İranla yaxınlaşaraq bir çox məsələləri eyni zamanda həll etmək istəyir. Birincisi Amerika regionda özünə güclü bir dayaq axtarır. İran belə bir dayaq ola bilər. Sözsüz ki, İran öz ənənələrini, xüsusiyyətlərini, milli maraqlarını saxlayaraq, Amerika ilə əlaqələri inkişaf etdirərək bir çox məsələlərə təsir edə bilər. Neft, energetika sahəsinə Amerika-İran əlaqələri fonunda baxanda, Amerika indi Rusiya ilə qarşıdurmadadır. Rusiyada neft qiymətləri iqtisadiyyatı çökdürüb və Rusiyanın aqressivliyini aşağı salmaqdadır. Rusiya Ukraynada müharibəni dayandırmaq üzrədir. Bu Amerikanın sanksiyaları,

ABŞ Dövlət Katibi Con Kerri və İran xarici işlər naziri Cavad Zərif nüvə danışıqlarının növbəti raundundan öncə birgə şəkil çəkdirirlər. Lozanna, 16 mart, 2015.

ABŞ Dövlət Katibi Con Kerri və İran xarici işlər naziri Cavad Zərif nüvə danışıqlarının növbəti raundundan öncə birgə şəkil çəkdirirlər. Lozanna, 16 mart, 2015.

neftin qiymətinin aşağı düşməsi nəticəsində baş verir. Ona görə də Amerika-İran əlaqələrinin inkişafı İran neftinin dünya bazarlarına çıxarılmasına, İrana qarşı sanksiyaların aradan qaldırılmasına gətirə bilər. Bu baxımdan da Amerikaya xeyir gətirə bilər. O biri cəhətdən Yaxın Şərqdə hazırda Amerikanın güclü dayağı yoxdur. İraq ağır vəziyyətdədir, müharibədən sonra qəbilələr baş qaldırıb, terror müharibəsi gedir. Liviya da həmin durumdadır. Suriya ağır vəziyyətdədir, vətəndaş müharibəsi gedir. İranla yaxınlaşma Suriyaya da yaxşı təsir edə bilər. Yəni Suriya da öz siyasi vektorunu Amerikaya tərəf çevirə bilər. Hazırda Suriya Rusiya tərəfə üz döndərib. Rusiyanın Suriyada əsgəri bazası var. Rusiya Bəşər Əsədi dəstəkləyir. Lakin İranla Amerikanın yaxınlaşması Suriyanın Yaxın Şərqdə Amerikanın maraqlarına uyğun hərəkət etməsinə səbəb ola bilər. Yəni bu qanlı döyüşləri səngidə bilər və stabilliyə xidmət edə bilər.

Amerikanın Səsi: Danışıqlarda razılığın əldə edilməsi İranda daxili vəziyyətə hansı təsirlər edə bilər? İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından danışıqlar nə yeniliklər vəd edir?

Iran xalqı öz maraqlarını qoruyaraq Amerika ilə yaxınlaşmaya dəstək verəcək.

Vəfa Quluzadə: Hesab edirəm ki, İran qərblə, Amerika ilə münasibətlərin yumşalmasını çoxdan gözləyir. İran xalqı da istəyir ki, dünya iqtisadiyyatı, mədəniyyəti ilə sıx əlaqədə inkişaf etsin. İranlılar gözəl filmlər çəkir, müxtəlif festivallarda mükafatlar alır. Onlar da başqaları kimi davranmaq istəyir. Xalq baxımından, xalq Amerika ilə yaxınlaşmanı dəstəkləyəcək. Xalq müharibənin tərəfdarı deyil. Xalq öz maraqlarını qoruyaraq Amerika ilə yaxınlaşmaya dəstək verəcək. O ki, qaldı İranda yaşayan azərbaycanlılara, sözsüz ki, İranın qərblə yaxınlaşması bu ölkədə liberallaşmaya təkan verəcək. Liberallaşma şəraitində də azərbaycanlılar öz hüquqları uğrunda mübarizədə daha uğurlu olacaqlar, daha yaxşı nəticələr əldə edə biləcəklər. Ümumilikdə bu yaxınlaşma regiona müsbət təsir edəcək.

Amerikanın Səsi: İran-ABŞ münasibətlərinin liberallaşması Azərbaycvan-İran münasibətlərində hansı yeniliklər yarada bilər?

Belə düşünmək ki, Amerika İranla yaxınlaşdı Azərbaycana ehtiyacı olmayacaq, belə fikirlərin əsası yoxdur.

Vəfa Quluzadə: Yalnız müsbət təsirləri ola bilər. Burada mənfi təsir ola bilməz. Azərbaycan qərb yönümlü dövlətdir. Azərbaycanın iqtisadiyyatı, neft sənayesi, neft biznesi, kommunikasiyaları, bunların hamsısı Amerika ilə əlaqədədir. Ona görə də İran da gəlib bunların hamısında iştirak edə bilər. Amerika ilə yaxşı əlaqələri olan Azərbaycan da, İran da yalnız bundan bəhrələnə bilər. Mən Azərbaycan üçün burada heç bir təhlükə görə bilmirəm. Belə düşünmək ki, Amerika İranla yaxınlaşdı Azərbaycana ehtiyacı olmayacaq, belə fikirlərin əsası yoxdur.

XS
SM
MD
LG