Accessibility links

Vəfa Quluzadə: Avropaya inteqrasiya siyasi islahatlardan asılıdır [Video-müsahibə]


Vəfa Quluzadə: Avropaya inteqrasiya üçün siyasi islahatlar baş verməlidir
please wait

No media source currently available

0:00 0:05:57 0:00

Vəfa Quluzadə: Avropaya inteqrasiya üçün siyasi islahatlar baş verməlidir

Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş Dövlət müşavirinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş Dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” dövlət başçılarının Vilnüs Sammitində iştirakı, Avropa İttifaqı ilə əməkdaşlığı, Avropaya inteqrasiya və siyasi təhlükələrdən danışıb.

Onun fikrincə Azərbaycanın “Şərq Tərəfdaşlığı” dövlət başçılarının Vilnüs toplantısında iştirakı əhəmiyyətli hadisədir. Azərbaycan əvvəl-axır Avropanın bir hissəsi olacaq.

İslahatlar iqtisadi məsələləri, demokratiya, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində olmalıdır.
“Bu Azərbaycanın Avropa İttifaqına doğru getməsindən xəbər verir. Bir çox sahələrdə Azərbaycan Avropaya doğru addımlar atıb. Ancaq Azərbaycanın Avropa İttifaqının tərəfdaşı və sonra üzvü olması üçün ölkə geniş miqyaslı islahatlar keçirməlidir. İslahatlar iqtisadi məsələləri, demokratiya, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində olmalıdır”.

Quluzadə hesab edir ki, Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi əlaqələrinin inkişaf tempi yaxşıdır.

“Sovet İttifaqı çökəndən sonra neft kontraktları imzalanıb, Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilib, Avropa ölkələri ilə kommunikasiya əlaqələri inkişaf edir. Bunlar çox vacibdir. Bunlar Azərbaycanın qərb qurumuna çevrilməsi üçün vacibdir. İqtisadi qurumların inkişafı demokratiyaya gətirib çıxaracaq. Çünki azad iqtisadiyyat azad cəmiyyət tələb edir. Azad iqtisadiyyat olan ölkələrdə azad cəmiyyətin olmaması böyük ziddiyyətdir. Bu ziddiyyət evolyusiya yolu aradan qaldırılmalıdır”.

Azad iqtisadiyyat olan ölkələrdə azad cəmiyyətin olmaması böyük ziddiyyətdir. Bu ziddiyyət evolyusiya yolu aradan qaldırılmalıdır.
Onun fikrincə, Azərbaycanın iqtisadi inkişafı Avropaya daha yaxındır.
“Amma, siyasi risklər ola bilər. Əgər biz Avropanın bir hissəsi olmaq istəyiriksə bu risklərə getmək lazımdır. Hakimiyyət risklərə getməkdən çəkinir. Çünki bu risklər hakimiyyət üçün qeyri-komfort şərait yaradır”.

Vəfa Quluzadə hesab edir ki, iqtisadi məsələlərlə yanaşı Avropaya inteqrasiya insan hüquqları, siyasi islahatlar hakimiyyətin dəyişməsinə gətirib çıxara bilər.

“Hakimiyyət dəyişməyə hazırdırmı, belə arzusu varmı? Əsas məsələ budur. Həm Ukraynada, həm Azərbaycanda, həm də başqa ölkələrdə əsas problem budur. Bu sahədə Gürcüstanda böyük tərəqqi oldu, başqa ölkələrdə də baş verməlidir, o cümlədən də Rusiyada. Putin artıq müxtəlif fəndlərlə dördüncü dəfədir hakimiyyətdə qalır. Əslində o dəyişməlidir və bu dəyişikliyə də qeyri-adi baxmaq lazım deyil”.

Hakimiyyət dəyişməyə hazırdırmı, belə arzusu varmı? Əsas məsələ budur.
Keçmiş Dövlət müşavirinin fikrincə, Azərbaycanın Avropaya inteqrasiya imkanları çox genişdir.

“Bunun üçün siyasi islahatlar baş verməlidir. Siyasi islahatlar olmadan Azərbaycan Avropaya inteqrasiya edə bilməyəcək”, o qeyd edib.
XS
SM
MD
LG