Accessibility links

Vəfa Quluzadə dəfn olunub [Video & Fotoqalereya]


Dəfndə ziyalılar, ictimai xadimlər, müxalif siyasi liderlər və ictimaiyyətin nümayəndələri iştirak edib

Mayın 2-də Azərbaycanın görkəmli dövlət və ictimai xadimi Vəfa Quluzadə Bakida Yasamal qəbiristanlığında dəfn olunub.

Onun dəfnində yaxınları, dostları, ziyalılar, bir sıra müxalifət liderləri və ictimaiyyətin nümayəndələri iştirak edib. Vəfa Quluzadə Azərbaycan müstəqillik qazandıqdan sonra uzun müddət Xarici Siyasət Məsələləri üzrə Dövlət müşaviri, Təhlükəsizlik Şurasının üzvü olub. Buna baxmayaraq, dəfn mərasiminə rəsmi şəxslər qatılmayıb.

Yaxınlarının məlumatına görə, mayın 1-də özəl klinikaların birində Quluzadənin ürək damarlarına stend yerləşdirilib. Bundan sonra səhhəti qəflətən pisləşib, həyatını xilas etmək mümkün olmayıb.

Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.

1963-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb.

1973-cü ildə V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət Müşaviri işləyib. Növbəti iki prezidentin - Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalıb.

Quluzadə 1999-cu ildə vəzifəsindən istefa verib. O istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

Quluzadə istefa verdikdən sonra “Xəzər” Araşdırmalar Mərkəzini yaradıb və ictimai xadim kimi fəal olub.

Quluzadə bir neçə kitabın, çoxsaylı monoqrafiyaların müəllifidir.

Vəfa Quluzadənin Amerikanın Səsinin arxivində çoxsaylı müsahibələri saxlanılır.

XS
SM
MD
LG