Accessibility links

Urmiyəli gənc bloger zindana göndərilib


Vəhid Faizpur
Vəhid Faizpur

Azərbaycan veb səhifələri güneyli bloger və mədəni fəal Vəhid Faizpurun noyabrın 23-də Urmiyə zindanına göndərildiyini bildirir.

Apardığı müxtəlif fəaliyyətlər, o cümlədən, Urmiyə gölü ətrafında cərəyan edən ekoloji fəlakət və Türk dilində təhsil tələbi ilə bağlı keçirilən tədbirlərə qatıldığı üçün dəfələrlə həbs və mühakiməyə məruz qalan fəalın həbsinin tam olaraq hansı məhkəmənin hökmünə görə həyata keçirildiyi bəlli deyil.

Oyan News saytına istinadən gənc fəal noyabrın 23-də 2011-ci ilin avqust ayında Urmiyə şəhərində keçirilən kütləvi etirazlara qatılmaq ittihamı ilə məhkum olduğu 1 milyon tümənlik cəriməni ödəməyə gedib, ancaq cəriməni ödədikdən sonra məmurlar tərəfindən həbs edilərək Urmiyə zindanına göndərilib.

Faizpur həmçinin 2011-ci ildə keçirilən 2006 may üsyanı zamanı Sulduz şəhərində polis tərəfindən öldürülən gənclərin beşinci ildönümü mərasimi xoylu fəal İbrahim Cəfərzadənin cənazə törəni, eləcə də 2013-cü ilin iyun ayında Dünya İşgəncə Qurbanlarına Dəstək Günü tədbiri və 2014-cü ilin fevral ayında Əhər şəhərində keçirilən Dünya Ana Dili Günü mərasimində iştirak etdiyi zaman Ettelaat məmurları tərəfindən nəzarət altına alınıb.

XS
SM
MD
LG