Accessibility links

İsmayıl Şaxtaxtinski: Mühacirət qadağasının Azərbaycan vətəndaşlarına təsiri yoxdur


İsmayıl Şaxtaxtinski ilə müsahibə
please wait

No media source currently available

0:00 0:07:36 0:00

Prezident Donald Trampın yeddi müsəlman ölkəsindən mühacirətə müvəqqəti qadağa qoyulmasını nəzərdə tutan sərəncamları ilə bağlı etirazlar davam etdiyi zaman, ABŞ-a təhsil və iş üçün gələn başqa ölkə vətəndaşları arasında narahatlıqlar mövcuddur. ABŞ-da yaşayan tanınmış azərbaycanlı vəkil İsmayıl Şaxtaxtinski Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə müvəqqəti qadağanın Azərbaycan vətəndaşlarına təsiri olmayacağını deyib. Vəkilin sözlərinə görə, tələbə, ya da iş vizası almış şəxslərin ABŞ-a daxil olması qarşısında heç bir maneə olmamalıdır.

İsmayıl Şaxtaxtinski Azərbaycandan ABŞ-a tələbə və iş vizaları ilə gələn şəxslərə qadağanın şamil olmadığını qeyd edib. "Bu dəqiqə belə bir söhbət də yoxdur. Trampın verdiyi qərarların buna aidiyyatı yoxdur. Nə Azərbaycandan buraya tələbə kimi gələnə, nə də iş vizası ilə gələnə aidiyyatı yoxdur. Əgər sual olsa ki gələcəkdə mümkündürmü? Gələcəkdə hər şey ola bilər. Amma bugünkü halda heç bir aidiyyatı yoxdur və bu dəqiqə Azərbaycana dair heç bir panika olmamalıdır."

O, qərarların müvəqqəti olduğunu bir daha vurğulayıb. "Bu qərarlar uzunmüddətli deyil. Hətta o yeddi ölkədən daxil olanlara da 90 günlük qadağa qoyulub. Başqa ölkələrə bunun yayılması gözlənilmir."

İsmayıl Şaxtaxtinski eyni zamanda, müvəqqəti mühacirət məhdudiyyətlərinin hazırda ABŞ-da olan azərbaycanlı tələbələr və qanuni viza ilə Birləşmiş Ştatlarda olan şəsxlərə şamil olmadığını qeyd edib. "Verilən sərəncamların status dəyişməsi, burada tələbə kimi oxumaq, yəni qanuni vizası olan və yaxud da green card-ı (ABŞ-da daimi yaşayış icazəsi üçün verilən sənəd) olan şəxslərə-o yeddi ölkədən- başqa heç bir aidiyyatı yoxdur."

Mühacirət qadağasının tətbiq edildiyi ölkələr arasında İran da var. Vəkil İsmayıl Şaxtaxtinski ABŞ-a gələn İran vətəndaşları, o cümlədən güney azərbaycanlıların qadağanın təsirinə məruz qaldığını deyib. "Güney azərbaycanlılar da bura daxil olur. Trampın qərarı İran vətəndaşları olanlar, İrandan viza alıb bura gəlmək istəyənlər və yaxud da İrandan dünyanın hər yerindən bura qaçqın kimi gələnlərə aiddir."

İsmayıl Şaxtaxtinski həmçinin bildirib ki, ABŞ-a daxil olmaq üçün müvəqqəti tətbiq edilmiş mühacirət qadağası hazırda Birləşmiş Ştatlarda sığınacaq almaq istəyən şəxslərə də şamil olmur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG