Accessibility links

Vəkil: Söhbət 6 milyard yarımdan gedir [Video-Müsahibə]


Kamandar Nəsibovun Amerikanın Səsinə müsahibəsi

Vəkil Kamandar Nəsibov Amerikanın Səsinə müsahibəsində son zamanlar kredit borcları ilə bağlı dindirilmələr, həbslərdən danışıb. O Beynəlxalq Bankın Dubay nümayəndəsi Adil Hüseynovun həbsini qanunsuz sayır.

Amerikanın Səsi: Beynəlxalq Bankın Dubaydakı nümayəndəsiAdil Hüseynov, AzМeСo şirkətinin rəhbəri Nizami Piriyev və digərlərinin saxlanmasının hüquqi əsasları varmı?

Bu da heç cür dələduzluq hərəkətlərini əhatə etmir.

Kamandar Nəsibov: Mən bir hüquqşünas, təcrübəli vəkil kimi hesab edirəm ki, irəli sürülən ittihamlarla bağlı, orada göstərilənlərlə bağlı heç bir hüquqi əsas yoxdur. Çünki, dediyiniz adlara irəli sürülən ittiham ondan ibarətdir ki, guya onlar etibarından sui-istifadə edərək, aldatma yolu ilə böyük məbləğdə, külli miqdarda pulları mənimsəyiblər. Bu da heç cür dələduzluq hərəkətlərini əhatə etmir.

Amerikanın Səsi: Adil Hüseynovun saxlanma səbəblərini nə ilə izah edirlər? Hazırda onun saxlanma şəraiti necədir, harada saxlanılır?

Ittihamda söhbət 319 milyona yaxın məbləğdən gedir

Kamandar Nəsibov: Hal-hazırda Adil Hüseynov Bakı İstintaq Təcridxanasına keçirilib. Ondan öncə təxminən on gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmışdı. Hesab edirəm ki, orada da onu 48 saatdan çox saxlaya bilməzdilər. Lakin, təxminən 10 günə yaxın orada saxladılar. Onun üçün həmin şərait bir az ağır idi. Çünki əməliyyatdan (cərrahi əməliyyat-red) təzə çıxmışdı. İndi isə, hal-hazırda təcridxanadadır. Onun saxlanma səbəbinə gələndə isə hesab edirəm ki, onun dediyinə görə, buna deyirdilər pulu qaytar. Həmin ona qarşı irəli sürülən ittihamda söhbət 319 milyona yaxın məbləğdən gedir. Onun da həmin pulu qaytarmağa, siz

Dubayda Tekstil fabriki

Dubayda Tekstil fabriki

özünüz bilirsiniz, gülməli məsələdir, o pulu haradan qaytarsın. Çünki, o özü onlara deyir ki, mən pulun üzünü görməmişəm. Pullar hamısı köçürmə yolu ilə gedirdi. Beynəlxalq Bankdan kreditlər verilən şirkətlərin adına onların banklarına, bankdan da gedirdi avadanlıq alınmağa, digər xərclər, işçilərin maaşı və sair-sair məsələlərlə bağlı həmin zavodun tikilişi ilə, həmin tekstil fabrikinin tikilişi ilə bağlı olan məbləğlərdir. Onu qaytarmaq qeyri mümkündür. Zavodlar orada durur. Sahibi gedib satıb o, pulu qaytara bilər. Amma, o yox (Adil Hüseynov yox-red), sahibi o deyil.

Amerikanın Səsi: Adil Hüseynovun maliyyələşdirilməsinə nəzarət etdiyi tekstil və metaltökmə zavodlarının sahibləri kimdir?Azərbaycan Beynəlxalq Bankı hansı səbəbdən həmin zavodların tikintisi üçün kreditlər ayırıb? Bu barədə Adil Hüseynov nə deyir?

Dubayda Metaltökmə zavodu

Dubayda Metaltökmə zavodu

Kamandar Nəsibov: Adil Hüseynovun mənə dediyi ilə bağlı onu deyə bilərəm ki, həmin zavodların sahibləri hal-hazırda İntermet şirkətidir. Həmin şirkətin də 50 faizi Hüseyn Marayev (çeçen əsilli Rusiya vətəndaşıdır) adlı bir şəxsin 100 faizli sahibi olduğu “Golden Bat” şirkətinə, digər 50 faizi isə Fransa vətəndaşı Xəqani Bəşirovun 100 faiz sahibi olduğu Böyük Britaniyada qeydiyyatdan keçmiş “Camelot Oil and Gaz” şirkətinə məxsusdur.

Amerikanın Səsi: Hazırda kredit borcları ilə bağlı neçə nəfər həbsdədir, nə qədər insan dindirilib?

Həmin şirkətin də 50 faizi Hüseyn Marayev (çeçen əsilli Rusiya vətəndaşıdır) adlı bir şəxsin 100 faizli sahibi olduğu “Golden Bat” şirkətinə, digər 50 faizi isə Fransa vətəndaşı Xəqani Bəşirovun 100 faiz sahibi olduğu Böyük Britaniyada qeydiyyatdan keçmiş “Camelot Oil and Gaz” şirkətinə məxsusdur.

Kamandar Nəsibov: Ümumi söhbət 6 milyard yarımdan gedir. Həmin məbləğ dairəsində adamlar çağırılır, saxlanılır, həbs olunur və sairə. Bax, bu məsələdir. İndi o məbləğlər tam şəkildə qaytarılmayan məbləğlərdir, ya ümumi verilən (kredit verilən - red) məbləğdir. O hələ heç kimə məlum deyil. Mən elə başa düşürəm, onu istintaq özü də hələ tam bilmir ki, onlara verilən rəqəm hansıdır. Çünki onların əlində də tam şəkildə sənədlər yoxdur. Onlara Beynəlxalq Banka hazırda rəhbərlik edən Emil Mustafayev tərəfindən o siyahılar verilir, siyahılarda göstərilir ki, filankəs filan şirkətə filan qədər məbləğ alıb. Eyni zamanda, bir məsələni də nəzərinizə çatdırmaq istəyirdim ki, orada Adil Hüseynovla bağlı yalnızbir şirkətdir. O orada bir şirkətin sahibi kimi keçir, o da Beynəlxalq Bankın rəhbərliyinin verdiyi göstəriş əsasında həmin şirkət açılıb və kredit ayrılıb. Digər şirkətlər isə, bir 5-6 şirkətin isə ümumiyyətlə Adil Hüseynova aidiyyəti yoxdur. Yalnız, bir şirkətə 20 milyondan bir az artıq buraxılanməbləğ Adil Hüseynovun sahibliyinə gedir.

Amerikanın Səsi. Neçə nəfər hazırda həbsdədir, dindirilənlərin sayı nə qədərdir?

Kamandar Nəsibov: Dindirilənlərin sayı mən deyərdim yüzlərlədir. Söhbət ondan gedə bilər ki, mən eşitdiyimə görə hətta orada böyük məbləğ olmayan kredit alanları da çağırırlar. Kredit müddəti keçməmiş şəxslərdən də həmin kreditlərin qaytarılması tələb edilir. Halbuki kredit müddəti keçməyib və onların

Dubayda Tekstil fabriki

Dubayda Tekstil fabriki

hələ vəsaiti ödəməyə vaxtları var. Bu da tamamilə qanuna uyğun deyil. Ümumiyyətlə nəzərinizə çatdırım ki, bu hal qeyri-adi haldır. Çünki kredit müqaviləsinə görə, adama cinayət işi qaldırılması, özü də Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (dələduzluq) ilə cinayət işi qaldırılması qeyri-mümkündür. Söhbət ondan gedir ki, kredit alınıbsa, təyinatı üzrə xərclənməyibsə belə Cinayət Məcəlləsində tamamilə başqa maddədir. Amma, 178-ci maddə deyil də bu.

Amerikanın Səsi: Nizami Piriyev kredit borclarının bir hissəsini ödəyəndən sonra azad buraxılıb? Adil Hüseynov və Nizami Piriyevin cinayət işlərinə xitam verilə bilərmi və ya məhkəmə perspektivi varmı?

Kamandar Nəsibov: Hüquqi cəhətdən konkret olaraq Adil Hüseynovla bağlı deyim. Ona irəli sürülən ittiham tamamilə qanunsuzdur. Qanuni şəkildə baxanda həmin cinayət təqibinə xitam verilə bilər. Hesab edirəm ki, gələcəkdə də həmin formada verilən ittihamlar sonradan onlar dəyişdirilməsə, istiqaməti dəyişdirilməsə, bu formada verilən ittihamın məhkəmə perspektivi yoxdur.

XS
SM
MD
LG