Accessibility links

Ona qarşı rüşvət vermək ittihamı ilə cinayət işi qaldırılıb. Vəkil sosial mediada fəal çıxışlar edirdi

“Yasovul” firmasının rəhbəri, vəkil Əlabbas Rüstəmov həbs edilib. O, iyunun 28-də saxlanılaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb. İyunun 29-da Binəqədi Rayon Məhkəməsi onu üç ay müddətinə həbs edib.

Ə.Rüstəmova qarşı Cinayət Məcəlləsinin 312.2-ci maddəsi (rüşvət vermək) ilə cinayət işi qaldırılıb.

“Prestij” MMC-nin rəhbəri İlham Məmmədov Ə.Rüstəmovun əleyhinə ifadə edib. O bildirib ki, Ə.Rüstəmov hansısa vəzifəli şəxsə çatdırmaq üçün ondan 95 min manat istəyib. Eyni zamanda Ə.Rüstəmov İ.Məmmədovun işi üzrə vəkil olub. Sahibkar vergidən yayınmada ittiham olunub.

Doğmalarının sözlərinə görə, bu məbləğ vergi borcunun ödənilməsi üçün nəzərdə tutulub ki, İ.Məmmədova qarşı cinayət işi bağlansın.

Vəkilin yaxınları güman edirlər ki, Ə.Rüstəmova qarşı ifadə almaq üçün İ.Məmmədovdan istifadə edilib.

Qeyd edək ki, vəkil sosial mediada fəal çıxışlar edir, hakimiyyətin ali eşelonunda pozuntular və korrupsiya haqda məlumatlar dərc edir.

XS
SM
MD
LG