Accessibility links

Venesuela prezidenti yenidən Kubaya qayıdır. Bu gün televiziya ilə xalqa müraciəti zamanı Hüqo Çavez deyib ki, həkimlər onda xərçəng xəstəliyinin simptomlarını aşkar edib.

58 yaşlı sosialist lider Kubadan Vensuelaya cümə günü qayıdıb. Bundan əvvəl o, Kubada xərçənglə bağlı iki əməliyyat, kimya terapiyası və radiasiya keçirib.

Üçüncü dəfə altı illik müddətə prezident seçilən Çaves ona bir şey olduğu təqdirdə yeni seçkilər keçiriləcəyini deyib və tərəfdarlarını vitse-prezident Nikolas Maduroya səs verməyə çağırıb.
XS
SM
MD
LG