Accessibility links

Venesuelalılar və ölkənin siyasi liderləri yanvarın 10-da prezident Hüqo Çavesin andiçmə mərasiminə qatıla bilib-bilməyəcəyi kimi sual qarşısınndadır.

Yanvarın 10-u Venesuela konstitusiyasına uyğun olaraq prezidentin andiçmə mərasimi keçirilməlidir. Oktyabr ayında yenidən prezident seçilən cənab Çaves Kubada xərçəng xəstəliyindən müalicədədir və bir aydan artıqdır ictimaiyyət arasında görünmür.

Cənab Çavesin səhhəti ilə bağlı son dəfə keçən həftənin cümə axşamı günü məlumat verən informasiya naziri Ernesto Villeqas onun ağ ciyərində ciddi iltihabın olduğunu bildirib.

Venesuela prezidentini müalicə edən həkimlər onun səhhəti və xərləngin hansı növündən əziyyət çəkdiyi ilə bağlı məlumat vermir.

Venesuela müxalifətinin bəzi üzvləri cənab Çavesin yanvarın 10-da andiçmə mərasiminə qatıla bilməyəcəyi halda, onun istefa verməli olduğunu bildirərək, yeni seçkilərin keçirilməsinə çağırır.

Venesuela parlamentinin (Milli Assambleyanın) yenidən seçilmiş spikeri Diosdadi Kabello kimi cənab Çavesin müttəfiqləri bunun mümkün olmadığını bildirir.

Vitse-prezident Nikolas Maduro isə bildirib ki, cənab Çaves inaqurasiya mərasimində iştirak edə bilməsə, o daha sonra Ali Məhkəmə qarşısında and içə bilər.
XS
SM
MD
LG