Accessibility links

Venesuela prezidenti Hüqo Çaves Birləşmiş Ştatlara qarşı olan ölkələri arasında münasibətləri müzakirə etmək üçün İran prezidenti Mahmud Əhmədinejadla görüşür. İran prezidenti Venesuela liderini bu gün prezident sarayında qarşılayıb. Rəsmilər danışıqlar zamanı liderlərin İran və Venesuela arasındakı neft və qaz sənayesində əlaqələri genişləndirməyi müzakirə edəcəklərini deyirlər. İrana səfər Venesuela liderinin 10 günlük beynəlxalq səfəri çərçivəsində həyata keçirilir və onun bu ölkəyə doqquzuncu səfəridir. Venesuela prezidenti Hüqo Çaves Qərbin nüvə proqramına qarşı olan İrana güclü dəstək verənlərdəndir.

XS
SM
MD
LG