Accessibility links

Venesuelanın siyasi partiyaları prezident seçkiləri üçün intensiv kampaniyalar aparır


Venesuelanın siyasi partiyaları Uqo Çavesin vəfatından sonra prezident seçkiləri üçün intensiv kampaniyalar aparır. Seçkilər aprel ayının 14-nə təyin edilib. Tarix Venesuelanın Mərkəzi Seçki Komitəsi tərəfindən dünən müəyyən edilib.

Ölkəni müvəqqəti prezident kimi dünən and içərək vəzifəsinə başlayan Nikolas Maduro idarə edir. Maduronun müxalifət lideri Henrike Kaprileslə prezident yarışlarında rəqabət aparacağı gözlənilir. Kapriles Maduronun inaqurasiyasını kostitusional fırıldaq adlandırıb.

Venesuela prezidenti Uqo Çavesin matəm mərasiminə dünya ölkələrinin onlarla lideri qatılıb.

İran və Kuba prezidentləri-Mahmud Əhmədinejad və Raul Kastro Karakasda təşkil edilən mərasimdə iştirak edir.

ABŞ Venesuelaya diplomatik nümayəndə heyəti göndərib.

Çavesin Hərbi Akademiyada qoyulan cənazəsi önündən milyonlarla insan keçib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG