Accessibility links

Bu gün Venesuelada prezident seçkiləri keçirilir. Seçkiqabağı kampaniyalar son dərəcə gərgin keçib. Hər iki namizəd biri digərinin ünvanına təngiramız sözlər işlədib.

50 yaşlı müvəqqəti prezident Nikolas Maduro əldə etdiyi göstəricilərlə irəlidədir. Onun rəqibi, 40 yaşlı müxalifətçi Henrike Kapriles Maduronu ölkənin iqtisadi durumu və cinayətkarlığın artmasına görə təngiq edib.

Henrike Kapriles korrupsiya ilə mübarizə aparacağı ilə yanaşı, sosial proqramları qüvvədə saxlayacağına vəd verib.

Oktyabr seçkilərində mərhum prezident Uqo Çavesə məğlub olan Kapriles Maduronun ciddi rəqabəti qarşısındadır.

14 il əvvəl prezident seçilən Çaves ötən ay xərçəng xəstəliyi səbəbi ilə vəfat edib.
XS
SM
MD
LG