Accessibility links

Venesuela prezidenti yerli seçkilərin keçirilməsinə çağırır


Bazar günü Venesuela prezidenti Nikolas Maduro milyonlarla etirazçının tələb etdiyi erkən prezident seçkisinin əvəzinə yerli seçkilərin keçirilməsinə çağırıb.

Bundan əlavə xalqa həftəlik müraciətində Maduro müxalifət düşərgəsi ilə danışıqların bərpasına da çağırıb.

Bu ayın əvvəli başlayan və 20 nəfərin ölümü ilə nəticələnən etirazların sonuncusu bazar ertəsinə təyin edilib.

Nümayişçilər ötən ilə planlaşdırılan prezidet seçkisinin erkən keçirilməsinə və Maduronun istefasına çağırır. Hökümət isə bunu rədd edir.

Şənbə günü Venesuela boyu etirazçılar dinc, sakit yürüş keçirərək ölənlərin xatirəsini yad ediblər.

Demək olar hər gün keçirilən etirazlar Ali Məhkəmənin müxalifətin nəzarət etdiyi Konqresin səlahiyyətlərini ələ keçirməyə cəhd etməsindən sonra başlayıb.

İnsan haqları qrupları deyir ki, mindən çox insan nəzarət altına alınıb, onların 700-dən çoxu isə hələ də həbsdədir.

Müxalifət höküməti Venesuelanın bir zamanlar inkişaf edən iqtisadiyyatının çökməsinə səbəb olmaqda günahlandırır. İqtisadi tənəzzül səbəbilə ölkədə ərzaq və dərman çatışmazlığı yaranıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG