Accessibility links

Sabiq Venesuela gözəli və tele-serialların ulduzu Monika Spier və onun keçmiş həyat yoldaşı qarət cəhdi zamanı güllələnərək öldürülüb.

Rəsmilər Monika Spier və onun əslən britaniyalı keçmiş həyat yoldaşı Tomas Henri Berrinin cəsədinin Venesuelanın liman şəhəri Puerto Kabello ilə Valensiya şəhərləri arasında şosse yolunda şəxsi avtomobildə aşkar edildiyini deyib.

Avtomobilin hücumdan bir qədər əvvəl qarətçilər tərəfindən sıradan çıxarıldığı güman edilir.

Onların ayağından güllə ilə vurularaq yaralanmış 5 yaşlı qızı hücumdan sağ qurtara bilib.

Spier 2004-cü ildə Venesuela gözəli adına layiq görülüb və bundan sonra ABŞ-da ispan dilində proqramlar yayımlayan Telemundo şəbəkəsində “Qadağan Olunmuş Ehtiras” filmi kimi bir neçə tele-serialda çəkilib.

Venesuela dünya üzrə silahlı qarət, maşın və insan oğurluğu törədilən cinayətlər zamanı qətl hallarının ən çox baş verdiyi ölkələrdən biridir.
XS
SM
MD
LG