Accessibility links

Venesuela hökuməti prezident Huqo Çavez tərəfdarlarını onun inaqurasiya günü izdihamlı dəstək nümayiş etdirmək üçün küçələrə çıxmağa çağırıb.

Ölkənin Milli Şurasının rəhbəri Diosdado Kabello başqa ölkələrdən bir neçə prezidentin də çərşənbə günü keçiriləcək yürüşdə iştirak edəcəyini deyib.

Venesuela lideri dekabr ayının 11-ində xərçəng xəstəliyi ilə bağlı əməliyyatdan keçdikdən bəri ictimayyət qarşısına çıxmayıb. Venesuelanın konstitusiyasına görə prezident öldüyü və ya iş qabiliyyətini itirdiyi təqdirdə 30 gün ərzində yeni seçkilər keçirilməlidir. Lakin Kabello Huqo Çavezin andiçmə mərasimində iştirak etmədiyi təqdirdə belə yeni seçkilərin keçirilməyəcəyini bildirib.

Venesuelada Roma Katolik kisəsinin rəhbərləri dünən bildirib ki, ölkədə sabitlik böhran səbəbindən risk altındadır.

Lakin cənab Çavezin müttəfiqləri onun sonradan Ali Məhkəmədə and içə biləcəyini deyib. Kubaya getməzdən əvvəl prezident Huqo Çavez Nikolas Maduronun onun davamçısı olmasını istədiyini deyib.
XS
SM
MD
LG