Accessibility links

Venesuelada ştat seçkiləri ilk dəfə prezident Çaves olmadan keçir



Venesuelada bazar günü 23 ştatda qubernator seçkisi ölkədə prezident Hüqo Çavesin xəstəliyi ilə bağlı siyasi landşaftın qeyri-müəyyən olduğu bir şəraitdə keçirilir. Bu, prezident Çavesin xərçəng xəstəliyi ilə əlaqədar partiyadaşlarının siyasi kampaniyasında iştikar edə bilmədiyi ilk səsvermədir. Prezident Çavesə Kubada xərçəng xəstəliyi ilə əlaqədar cərrahiyyə əməliyyatı olur.

Bu yaxınlarda preizident seşkisində cənab Çavesə məğlub olmuş müxalif namizəd Henrike Kapriles bazar günü Miranda ştatında yenidən qubernator seçiləcəyinə ümid edir.

Kapriles seçilsə, o, cənab Çavesin xəstəliyi ilə əlaqədar vəzifəsindən getdiyi halda, müxalifətin prezidentliyə namizədi ollacaq. Prezidentin vəzifəsindən getdiyi təqdirdə 30 gün ərzində prezident seçkisinin keçiriləcəyi mümkündür.

Oktyabr ayında yenidən Venesula prezidenti seçilən Hüqo Çaves prezident vəzifəsinin icrasını davam etdirə bilmədiyi halda, səlahiyyətlərin vitse-prezident Nikolas Maduroya keçməli olduğunu deyib və tərəfdarlarını seçki keçirilsə, Maduroya səs verməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG