Accessibility links

ABŞ Venesuelanın ADT-dən çıxarılmasını istəmir


Amerika Dövlətləri Təşkilatı (ADT) Venesueladakı siyasi və humanitar böhranı həll etməyin yollarını araşdırdığı bir vaxt, Birləşmiş Ştatlar Cənubi Amerika ölkəsi ilə əməkdaşlıq etmək istədiyini bildirib.

Çərşənbə axşamı ADT-nin Vaşinqtonda keçirilən iclasında Venesuelanın regional ittifaqa nümayəndəsi Karakası seçki təyin etməyə, siyasi məhbusarı azad etməyə və konstitusiyada qeyd edildiyi kimi hakimiyyətin bölüşdürülməsini təmin etməyə çağıran 14 üzv ölkənin imzaladığı deklarasiyanı qınayıb.

ADT-nin baş katibi Luis Alamqro prezident Nikolas Maduro insan haqları pozuntularının qarşısnı almadığı təqdirdə Venesuelanın ittifaqdan çıxarılmasına çağırır.

ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Maykl Fitzpatrik isə bildirib ki, hələ Karakasla danışıqlar aparıla bilər.

Prezident Maduro siyasi rəqiblərini həbs edib, regional seçkilərin nəticələrini rədd edib, yoxsullu və xaos içində boğulan ölkənin məhkəmə sistemini öz nəzarətinə alıb.

ADT-nin Daimi Şurasının ən kəskin islahedici tədbiri Venesuelanın ADT üzvlüyünü ləğv etməkdir. Bunun üçün 34 üzv ölkədən ibarət qurumun azı 22 üzvünün səsinə ehtiyac var.

Dekabr ayında Cənubi Amerikanın reqional iqtisadi ittifaqı olan Mercosur insan haqları pozuntuları və ticarət standartlarına məhəl qoymadığına görə Venesuelanı ittifaqdan çıxarıb.

XS
SM
MD
LG