Accessibility links

Venesuelada seçki rəsmilərinin verdiyi məlumata görə, hakim Sosialist Partiyasına böyük üstünlüklə qalib gələn müxalifət qanunverici hakimiyyətə nəzarəti ələ keçirib.

Rəsmilər deyir ki, müxalifət Milli Assambleyada 167 yerdən 99-nu əldə edə bilib. Sosialist Partiyası isə cəmi 46 yerlə kifayətlənib. 16 il idi ki, Sosialist Partiyası parlamentə nəzarət edirdi.

Prezident Nikolas Maduro televiziya ilə canlı çıxışı zamanı "zərərli olacaq bu nəticələri" tanıdığını bildirib.

President Nicolas Maduro said in a televised address he recognizes what he called the "adverse results."

Seçkilərin nəticələri açıqlanmamışdan əvvəl prezidentliyə sabiq namizəd Henrik Kapriles Twitter-də yazıb ki, nəticələr gözlədikləri kimidir. "Venesuela qələbə qazandı" - deyə o yazıb.

Nəticələr açıqlanandan sonra Karakas küçələrində fişənglər atılmağa başlayıb.

Fireworks went off in Caracas after the election results were released.

XS
SM
MD
LG